Futbol üzrə Azərbaycan yığmasının və Hollandiyanın “Tvente” klubunun futbolçusu Vaqif Cavadov tibbi əməliyyatdan sonrakı vəziyyəti barədə AFFA-nın saytına fikirlərini açıqlayıb: “Əməliyyat uğurlu keçdi, vəziyyətim getdikcə yaxşılaşır. Həkimlərin qənaətinə görə, sabahdan müntəzəm məşqlərə başlaya bilərəm”.
Millimizin heyətinə dəvət olunan hücumçu komandanın dünən Lüksemburqda keçirilən məşqini kənardan izləyib.
Xatırladaq ki, Vaqif Cavadov zədələndiyi üçün hələ ki, “Tvente”nin heyətində debüt edə bilməyib.