Görəsən şəxsi biznes harada bitir və "böyük siyasət" harda başlayır? İsrailin keçmiş baş naziri Ehud Olmertin Azərbaycan və Qazaxıstana sirli səfəri haqda, ivritdilli informasiya kütləsi də susqun qalıb, bu haqda medianın suallarına cavab verilmir...
02-03-2010
Fevral 15-16-da, İsrailin kezmiş baş naziri Ehud Olmetr Azərbaycan və Qazaxıstana xüsusi səfər həyata keçirdi. Bu səfər haqda ilk məlumatı fevralın 11-i İzRus portalı yayıb, sonra isə Azərbaycan və Qazaxıstan media qaynaqları informasiyanı işıqlandırdı. İvritdilli media-kütləsi tərəfindən verilən xəbərə əsasən, keçmiş baş nazirin müsəlman respublikalarına səfəri tam fərqli olub, eyni zamanda bu heç müəammalı da deyil. Çünki artıq bir ildir ki, Olmert bütün öhdəliklərdən azad edilib və o heç bir dövlət vəzifəsi daşımır. Amma əsas təəccüblü budur ki, o Azərbaycanda prezident İlham Əliyev tərəfindən şəxsən qəbul olunub. Qazaxstanda isəKərim Məsimov tərəfindən xususi diqqətlə qarşılanıb. Bu hadisə bütün diqqətləri özünə cəlb etdi.
Bir neçə Azərbaycan internet-qəzeti bu səfərin geopolitik səbəblərini axtarıb tapmağa çalışdılar. Amma buna kimsə müyəssər olmadı.
Qeydedək ki, Olmert Bakıya gəlməzdən qabaq bildirib ki, Ankara Yaxın Şərqdə münaqişələrin tənzimlənməsində ən uyğun vasitəçisir. Bundan əlavə o, bir müddət əvvəl Vaşinqtona məxfi səfər etmiş və orada eks-prezident Buşla görüşmüşdür.
Və nəhayət, eks baş nazirin bu sirli səfərinin əsl səbəbləri haqqında ilk məlumatlar yayılıb. İsraildən verilən məlumatda bildirilir ki, bu səfər Beninin böyük israilli maqnatı Şteynmetsin maraqları ilə birləşir, xüsusən metallurgiya sahəsində.
“Haarez” qəzetinin 2008-ci ilin may ayındakı nömrələrindən birində qeyd edilir ki, Beni Şteynmets Olmertə ən yaxın biznesmenlərdəndir. Deyilənlərə görə 2001-ci ildə Olmertin sonuncu oğlu Şteynmetsin Nyu-Yorkdakı kompyuter firmasında işə götürülüb. Olmert 2003-ci ildə sənaye və ticarət naziri təyin ediləndən sonra Rusiya xarici işlər naziri İqor İvanova məktub yazıb bildirib ki, hansı yolla olur olsun, Beni Şteynmetsin biznes əlaqələrinə şərait yaratsın. Artıq gələcək baş nazir BSG holdinqi dəstəkləməklə, proyektlərini hazırlayırdı. Onun əsas layihəsi “Qazprom” proekti idi ki, Rusiyadan Turkiyə, Kipr və İsrailə qaz borularını çəksin. Rusiya və Azərbaycanla olan danışıqlarda da bildirib ki, Olmert bu ölkələrdən keçməklə, qaz borularının Cənubi Asiyaya çəkilişi BSG-nin iştirakı ilə baş tutsun. 2007-2008-ci illərdə bu proyekti üzərində aktiv şəkildə işlər aparılırdı.
Holdinq Benny Steinmetz Group almaz çıxarma sənayesi, təbiətdən tapılan resursların emalı və energetika sahəsi ilə məşğuldur. Verilən qeyri-rəsmi məlumatlata görə, dünyada krizis başlamazdan qabaq, 2007-ci ilin yayında Beni Şteynmets gəliri 4 mlrd. Dollar olub.
Lakin krizis BSG-yə güclü zərbə vurdu, təkcə 2008-ci il üçün şirkətin gələn gəlirdən ziyanı 92-97 faiz olub. Həmin ilin oktyabrında bildirilirdi ki, holdinq indən sonra çətin özünə gələ və milyon gəlir gətirə, nəinki milyard.
Şteynmets İsraildə böyük biznesdə qocaman biznesmenlərdəndi. 90-cı illərin əvvəlindən Rusiyada, Ukraynada, Moldoviyada, Latviyada, həmçinin, Qazaxstanda, Türkmənstanda, Özbəkistanda və Azərbaycanda öz yerini tutub. O, 2003-cü ildə xarici biznesmenlər arasında kapital yatırımına görə (195.2 mln. dollar) birinci yeri tutub.
Azərbaycanda Baku Steel Company-də də bir hissə ixracat payı onundur, yəni BSG-nin (90% bazarda).
BSG 1998-ci ildən Azərbaycanda bizneslə məşğuldur. 2001-ci ildə firmanın açılışı zamanı mərhum prezident Heydər Əliyev də orada iştirak etmişdi. 2000-ci ilin ortalarında Baku Steel Company 250.000 ton məhsul ixracat etmişdi. Sonradan isə əlaqələr genişlənməy başladı. Rusiya, Türkmənistan, Gürcüstan, İran və digər ölkələrlə də bazar əlaqələri yaratmağa başladılar.
Qazaxstanda da maraqlı əlaqələr vardır ki, Şteynmetsorada özünə başqa struktur seçib. Cinico Resources kompaniyas ilə mədənçıxarma işiylə məşğuldur. “Times” qəzetində dərc olunan məlumata görə, Beni Şteynmetsöz nəhəng kompaniyasının dolayısıyla şərikidir. Cunico Resources, İnternational Mineral Resources (İMR), Eurasian Natural Resources (ENRC), bu kompaniyalar Aleksandr Maşkeyviç, Patok Şodiyev və Alcan İbrahimova məxsusdur.
Bu fonda görünür ki, Qazaxıstan çinovnikləri Olmertin ikitərəflə müsbət əlaqələr yaratmasına dəstək verirlər. Burda artıq çətin aydınlaşdırmaq olur ki, hansı oyunlar oynanılır. Daha doğrusu harada şəxsi biznes qurtarır, “büyük siyasət” başlayır, bilmək olmur.
İzRus-un verdiyi məlumatla da belə görünür ki, Olmertin Bakı və Astanaya səfəri Beni Şteynmetsmaraqları ilə bağlıdır. Keçmiş nazirin vəkili Yanki Qalantinin elan edib ki, Olmert əsas adamlardan biridir və o məsləhət görür ki, işlər genişləndirilsin və hər etiraza fikir verilməsin.