FaktXəbərin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Qalatasaray"lı Haldun Üstünel "Milan"ın 2-ci başçısı Galliani və İdman Direktoru Braida ilə görüşüb. "Qalatasaray" Ronaldinyonu, italyanlarsa Arda və Elanonu istəyib. Son tarix 20 martdır.
02-03-2010
Adnan Polad "Böyük Qalatasaray Proyekti' üçün işlərə başlayıb. Aslantəpənin tamamlanmasıyla, növbəti mövsüm Türk Telekom Arenaya keçməyi planlaşdıran Polad, rəhbərliyi altında olan qurumun o stadiona yaraşacaq vəziyyətdə olmasını düşünür. Hətta o komanda bir "super ulduz" transferi üçün görüşlərə də başlayıb. Mövsümün sonunda kirayə müqavilələri bitən Jo Dos Santos və Keweldən sonra "Qalatasaray"ın xarici kontingent pəncərəsi açılacaq. Və sarı-qırmızılıların sırasına qatılacaq o super ulduzun adı belə ictimaiyyəti həyəcanlandıracaq cinsdəndir: Ronaldinyo...