Rusiyalı tələbə elektriklə işləyən silah ixtira edib
Başqırdstanda bir lisey tələbəsi elektriklə işləyən yeni silah icad edib
01-03-2010
Başqırdstanın paytaxtı Ufada yaşayan lisey tələbəsi Maksim Kotelnikov tərəfindən icad edilən silahın xüsusiyyətlərinin, snayperdən heç də geri qalamdığı bildirilir.
FaktXəbərin "Lifenews" saytına istinadən verdiyi məlumata görə, Kotelnikovun icad etdiyi və Rusiya Müdafiə Nazirliyinin maraqlandığı silah, atəş açıldıqda səs və işıq çıxarmır.
Kotelnikov, "nüvə sistemi" olaraq adlandırdığı, sürətləndirici baraban və maqnetikləşən güllələrlə işləyən silahın yalnız elektriklə işlədiyini bildirib.
Kotelnikov, bir il əmək verdiyi icadını, elektromaqnetik silahlara bağlı televiziyada izlədiyi bir filmdən götürərək ixtira etdiyini bildirib.
Sankt Peterburqda təşkil edilən "Rusiyanın Gənc İxtiraçıları" yarışında ən yaxşı ixtiraçı adını qazanan Maksim Kotelnikov, bu ixtirası ilə Rusiya Müdafiə Nazirliyinin diqqətni özünə çəkib.
Müdafiə Nazirliyinin alimlər və mütəxəssislərinin test edəcəyi bir aylıq dövrdə 15 yaşlı ixtiraçı, 3 ədəd nümunə silah hazırlamalıdır.
Kotelnikov bildirib ki, əgər bu işdə uğur qazansam, Müdafiə Nazirliyiylə razılaşma imzalayacağam və silahım Rusiya Silahlı Qüvvələri inventarına girəcək.