Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Elçin Abduləzimov intihar səbəbləri məlum deyil.
01-03-2010
Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Elçin Abduləzimov intihar səbəbləri məlum deyil. Əsgərin dayısı Mehdi Əli oğlu Ataşovun verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özünə qəsd etməsinə səbəb də bu olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə FaktXəbərə açıqlamasında bildirdi ki, faktla bağlı açılmış cinayət işi yekunlaşmayana qədər faciənin səbəbləri haqqında danışmaq tezdir: «Biz ailənin faciəsini başa düşürük, ailə üzvlərinin bu cür ittihamlarını da. Onlar itki veriblər. Amma gəlin istintaqın nəticəsini gözləyək».
E.Abduləzimovun hərbi xidməti başa vurmasına 3 ayı qalıbmış.