Rusiya ordusuna aid 200 T-72 və T-80 tankı, ölkənin mərkəzindəki meşədə atılmış vəziyyətdə tapılıb
01-03-2010
Qar altındakı tankların açarsız və mühafizəsiz olması diqqət çəkib. Tankların tapılmasından sonra orduda istintaq işi başladılıb.
FaktXəbərin "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, Ural bölgəsindəki meşədə "unudulan" tankların görünütüsü yayılıb. Görüntülərdə, tankların qapaqlarını açıb içinə girən sakinlər görünür. Qəzet, hadisəni rus ordusu üçün "utancverici skandal" olaraq xarakterizə edib.
Ordu nümayəndəsi tankların atıldığı xəbərini təkzib edib.
Ancaq mövzunun mətbuata sızmasından sonra rəsmi istintaq başlayıb.
Xatırladaq ki, sözügedən tanklar, 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsində istifadə edilibmiş. Həmin vaxt rusiya qüvvələri, çoxlu sayda gürcü tankını ələ keçirmişdi.