İngilis əsgərləri hələ 5 il də Əfqanıstanda qalacaq
İngilis Ordusu komandiri David Richards, Əfqanıstandakı ingilis əsgərlərin ən azı 5 il də bu ölkədə qalacaqlarını açıqlayıb
01-03-2010
FaktXəbərin verdiyi məlumata görə, general David Richards mövzuyla əlaqədar olaraq "Daily Telegraph" qəzetinə verdiyi açıqlamada "İngilis ordusunun Əfqanıstandakı hərbi əməliyyatlarda birbaşa iştirak üçün gələn ildən etibarən dayandırılması proqramı hazırlamasına baxmayaraq, ingilis əsgərlər təhsil və məntiqi proqramlar deyilən bir başqa proyektə görə, ən azından 2016-cı ilə qədər Əfqanıstanda qalacaqlar" - deyə bildirib.
General Richards ayrıca olaraq, gələn ildən etibarən Əfqanıstanda baş verən hadisələrin azala biləcəyinə baxmayaraq, ingilis əsgərlərinin daha 30-40 il bu ölkədə qala biləcəkləri fikrini də səsləndirib.
Əli Hüsynli