Qırğızıstandakı icitimai təşkilatlar Amerika casusudur!
01-03-2010 / 11:33
FaktXəbərin Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ və müttəfiqləri, insan haqqları müdafiəsi təşkilatlarıyla əməkdaşlıq qurmaqla, Qırğızıstandakı uyğun imkanlarını istifadə edərək, bu ölkədə tamamilə demokratik bir cəmiyyət yarada biləcəklərini düşünürlər. Lakin təbii ki, bu müddət ABŞ üçün yalnız bir bəhanədən ibarətdir və Vaşinqton, bu vəsiləylə uzun müddətdən bəri Qırğızıstan cəmiyyətinə nüfuz etmiş vəziyyətdədir.
Düşənbədə çapı olunan müstəqil "Dünya" jurnalı son sayında bu mövzuyla əlaqədar dərc etdiyi bir yazısında "Qırğızıstandakı bütün vətəndaş cəmiyyət təşkilatları xarici təşkilatlar və ya sərmayədə olan xarici ölkələr tərəfindən maliyyə dəstəyi alırlar. Sözügedən sərmayəçilər, eyni zamanda ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləriylə də yaxın əlaqədədirlər. Buna görə, Qırğızıstanın hər cür inkişaf və kəşfiyyat məlumatını dərhal bağlı olduqları ölkələrə ötürürlər" - deyə vurğulayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.