Müdafiə Nazirliyi müharibə hazırlığına start verdi
Türkiyə Silahlı Qüvvələrinin polkovniki Azərbaycan müdafiə nazirinin məsləhətçisi təyin olunub
01-03-2010
Türkiyə Silahlı Qüvvələrinin polkovniki Azərbaycan müdafiə nazirinin məsləhətçisi təyin olunub.
FaktXəbərin APA-ya istinadən verdiyi məlumata görə, Afyon vilayətində jandarma alayının komandiri polkovnik Ünal Ödəmiş bu günlərdə vəzifəsini icra etmək üçün Bakıya gələcək.
Afyonda bir sıra əməliyyatların təşkilində iştirak etmiş polkovnik Ü. Ödəmiş Azərbaycanda 6 ay müdafiə naziri Səfər Əbiyevin məsləhətçisi vəzifəsində çalışacaq.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti türkiyəli polkovnikin müdafiə nazirinin məsləhətçisi təyin olunması barədə xəbəri hələlik təsdiq etməyib.