Xərçəngə qarşı acı qovun hücumu. Dietik yeməklərdə tez-tez istifadə edilən "acı qovun" şirəsinin döş xərçəngi hüceyrələrinin inkişafını dayandırıb öldürdüyü və döş xərçəngini önləyici bir maddə olaraq istifadə edilcəyi bildirilir.
26-02-2010
FaktXəbərin verdiyi məlumata görə, araşdırmanı idarə edən Saint Luis Universiteti Patologiya professoru Ratna B.Rels, haqqında danışılan ekstraktın (şirənin) hüceyrə ünsiyyət kanallarından bir çoxunda faktor olduğunu söyləyərək, döş xərçənginin önlənməsi üçün bu qidalardan bir qatqı maddəsi kimi istifadə edilə biləcəyini qeyd edib.
Elmi adı "Momordica charantia" olan və xalq arasında "acı qovun" ya da "acı balqabaq" olaraq tanınan bitki, onsuz da uzun illərdir Hindistan, Çin və Cənubi Amerikada geniş şəkildə diabet xəstəliyinin müalicəsi üçün istifadə edilir.
Rels və qrupu, ekstraktı döş xərçəngi hüceyrələriylə, döş epiteli (əzələlərin və bədən boşluqlarının üstünü örtən toxuma - red.) hüceyrələrinin yerləşdirildiyi hissələrə əlavə etmişlər. Amerika Xərçəng Araşdırmaları Dərnəyinin mətbuat orqanı olan "Cancer Research" jurnalında nümayiş etdirilən işdə, xərçəng hüceyrələrinin yayılmasının, yəni inkişaf edib bölünməsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilir.
Colorado Universiteti əczaçılıq professoru Rajesh Agarwal, iş nəticələrinin yüksək dəqiqlikdə olmasını təsdiqləyir, ancaq ekstraktın döş xərçənginə qarşı müalicə məqsədiylə istifadə edilməsindən əvvəl, yeni təcrübələrin keçirilməsinin lazım olduğunu vurğulayır.