Baş nazir Artur Rasi-zadəyə "Şərəf" ordeni verildi
Prezident İlham Əliyev baş nazir Artur Rasi-zadənin "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb
26-02-2010
Prezident İlham Əliyev baş nazir Artur Rasi-zadənin «Şərəf» ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, baş nazir bu təltifə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə layiq görülüb.
Artur Tahir oğlu Rasi-zadə 1935-ci ildə Gəncədə anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib, ixtisasca mühəndis mexanikdir.