Bu gün milli komandamız yoldaşlıq görüşü keçirəcək
Rəqibimiz İordaniya futbolçuları olacaq
25-02-2010
Bu gün futbol üzrə Azərbaycan yığma komandası beynəlxalq yoldaşlıq görüşünə çıxacaq. Bu görüşdə rəqibimiz İordaniya milli komandası olacaq.
AFFA-dan verilən məlumata görə, İordaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşma İordaniyanın paytaxtı Əmman şəhərində yerləşən “Kinq Abdulla” stadionunda keçiriləcək.
Xatırladaq ki, yoldaşlıq görüşü “İdman Azərbaycan” kanalında canlı olaraq azarkeşlərə təqdim olunacaq.