Avropa Liqasının 1/16 mərhələsinin cavab oyunlarında türk klubları mübarizə aparacaqlar
25-02-2010
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları baş tutacaq. Azərbaycanlı azarkeşlər üçün bu mərhələnin ən maraqla gözlənilən qarşılaşmaları İstanbulda oynanılacaq. Bu şəhərin təmsilçiləri olan “Qalatasaray” və “Fənərbaxça” müvafiq olaraq İspaniyanın “Atletiko” və Fransanın “Lill” klublarını qəbul edəcəklər. İlk görüşdə “Qalatasaray” Madriddə “Atletiko” ilə 1:1 oynamış, “Fənərbaxça” isə Fransada “Lill”ə 1:2 hesabı ilə məğlub olmuşdu. (ans)
1/16 finalın cavab qarşılaşmalarında aşağıdakı cütlüklər görüşəcəklər:
Xatırladaq ki, 1/8 finalın ilk iştirakçısı artıq məlumdur. Portuqaliyanın “Benfika” klubu Almaniyanın “Herta” klubunu iki görüşün nəticəsinə görə, 5:1 məğlub edərək 1/8 finala vəsiqə qazanmışdı.