UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçirilib
24-02-2010
Hər iki oyunda meydan sahibləri qələbə üzünə həsrət qalıb. Turnirin ötən ilki qalibi olan “Barselona” Almaniyanın “Ştutqart” klubu ilə görüşdə aşkar favorit sayısa da, səfərdə qələbə qazana bilməyib. Bu azmış kimi, Kataloniya təmsilçisi yalnız ikinci hissədə rəqib qapısına yol taparaq, məğlubiyyətdən xilas olub. Yeganə qola Ştutqartdakı görüşdə zədə üzündən oynamayacağı gözlənilən Zlatan İbrahimoviç imza atıb. İsveçli hücumçu fasilədən az sonra təcrübəli qapıçı Yens Lemannı ikinci cəhddən məyus edib. Xüsusilə ilk hissədə daha yaxşı təsir bağışlayan almanlar yığmalarının heyətində ötən il Bakıya gələn milliləşən braziliyalı hücumçu Kakaunun sayəsində hesabda irəli çıxsa da, üstünlüyünü sona kimi qoruya bilməyib.
Digər qrup qalibi “Bordo” klubu isə qələbə qazanmaq baxımından çətin sayılan Yunanıstan səfərində buna nail olmaqla ¼ finala çıxmaq vəzifəsini böyük ölçüdə həll edib. Hər halda, “Yuventus”, “Bavariya” kimi klubları evdə məyus edən Bordo şəhərinin eyni adlı təmsilçisinin öz meydanında “Olimpiakos”a yeniləcəyi az inandırıcı görünür. Qrup mərhələsində ən çox xal toplayan komanda olan “Bordo” Afinada qələbə topunu fasiləyə saniyələr az qalmış vura bilib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarından son iki görüş (MOİK – “Sevilya”, “İnter” – “Çelsi”) bu axşam keçiriləcək.
23 fevral
“Ştutqart” – “Barselona” – 1:1
Kakau, 25 – İbrahimoviç, 52