ABŞ Senatının hazırladığı bir hesabatda, İngiltərənin GlaxoSmithKline şirkəti tərəfindən çıxarılan və satılan şəkər xəstəliyi dərmanı Avandianın on minlərlə infarkta səbəb olduğu bildirilir
22-02-2010
FaktXəbərin verdiyi məlumata görə, ABŞ Senatı Maliyyə Komitəsi tərəfindən hazırlanan 334 səhifəlik hesabatda, GlaxoSmithKline şirkətinin dərmanın risklərini illərdir bilməsinə baxmayaraq, bunları xalqdan gizləməyə çalışdığı iddia edilir.
Hesabatda, ABŞ Qida və Dərman İdarəsi (FDA) də dərman mövzusunda öz personalı tərəfindən aşkar edilən çatışmazlıqları görməməzliyə vurmaqda tənqid olunur.
Senat Maliyyə Komitəsi başçısı Demokrat Max Baucus, "İnsanların, Avandia ilə əlaqəli ciddi sağlamlıq riskləri olduğunu bilməyə haqqı var və GlaxoSmithKlineni də bunu onlara söyləməyə məsuldur. Xəstələr sağlamlıqları və həyatları mövzusunda dərman şirkətlərinə güvənir və GlaxoSmithKline bu etibarı istismar edir" - deyə bildirir.
Komitə üzvü Respublikaçı senator Chuck Grassley tərəfindən də imzalanan hesabatda, "Araşdırmanın, FDA-nın dərman şirkətləriylə "çox səmimi" olduğu və maliyyə mənfəətlərinə görə, insanların həyatlarını əhəmiyyətsiz kimi göstərən, ya da kafi araşdırma aparmayan şirkətlər, Avandia və digər tanınmış dərmanların cəmiyyət təhlükəsizliyini riskə atdığı" göstərilir.