Kaliforniya Universitetindən olan yuxu və yaddaş sahəsində mütəxəssis prof. Sean Drummond, yaşlıların da gənclər qədər yuxuya ehtiyac duyduğunu bildirərək, az yatmağın yaşlılarda yaddaşın azalmasının səbəblərindən biri olduğuna da diqqət çəkib.
22-02-2010
Kaliforniya Universitetindən olan yuxu və yaddaş sahəsində mütəxəssis prof. Sean Drummond, yaşlıların da gənclər qədər yuxuya ehtiyac duyduğunu bildirərək, az yatmağın yaşlılarda yaddaşın azalmasının səbəblərindən biri olduğuna da diqqət çəkib.
FaktXəbərin verdiyi məlumata görə, insanların yaşlandıqca yuxuya daha az ehtiyac duyduqları inancının əfsanə olduğu bildirildi.
"Daily Telegraph"ın xəbərinə görə, Kaliforniya Universitetindən olan yuxu və yaddaş sahəsində mütəxəssis Prof. Sean Drummond, əslində yaşlıların da gənclər qədər yuxuya ehtiyac duyduğunu söyləyərək, az yatmağın yaşlılarda yaddaşın azalmasının səbəblərindən biri olduğuna da diqqət çəkib.
Prof. Drummond, yaşlıların yatmaqda çətinlik çəkmələrinin, yuxuya daha az ehtiyacları olduğu istiqamətində səhv bir inanca gətirib çıxardığını bildirdi.
Elmi İrəliləyişlər Dərnəyinin yığıncağında çıxış edən Drummond, 35 yaşındakı yuxu vaxtını qorumağın "idrakdakı yaşla əlaqədar zəifləməni"n qarşısını almağa köməkçi ola biləcəyini və ümumiyyətlə sağlamlığa müsbət təsir edəcəyini söyləyib.
Bir adamın 35 yaşındakı yuxu müddətiylə 75 yaşındakı yuxu müddətinin eyni olmasının lazımlığına toxunan Drummond, "İnsanlar yaşlandıqca çətinlik çəkirlər və bunun artıq daha az yuxuya ehtiyacları olduğunun bir işarəsi olduğunu düşünürlər. Əslində məsələ başqadır. Yaşlandıqca, yuxunun keyfiyyəti düşə bilər, amma müddəti qorumalıyıq" - deyə əlavə edib.
Prof. Drummond, 68 yaşlı insanlar üzərində apardığı araşdırmada, qeyri-kafi yuxunun beynin iş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini müəyyənləşdirib.
Araşdırmaya qatılanlar arasında daha az yatanların, özlərinə verilən bir ad siyahısını xatırlamaqda daha çox çətinlik çəkdikləri ortaya çıxıb.
"İnsanlar az yuxuyla da keçinə biləcəklərini düşünürlər, ancaq yaddaş testləri bunun tərsini söyləyir" deyən Drummond, gündə 7-8 saat yuxunun normal olduğunu söyləyib. Drummond, "6 saatdan az yuxu, işlərin həyata keçirilməsi və xatırlama qabiliyyətinə təsir etdiyini" düşünür.
Drummond, yaşlandıqca bədənin 24 saatlıq ritmində dəyişiklilər olmasına görə, yaşlıların daha dağınıq bir yuxu yatdıqlarını, bunun da gündüz mürgüləmələrinə, gecə də uyğunlaşmaya çətinlik çəkmələrinə gətirib çıxardığını söyləyib.