Gennadi Onişenko: "Tütün əkmirik, amma ildə 420 milyard siqaret istehsal edirik"
20-02-2010
Rusiyada siqaret üzündən ildə 400 min adamın öldüyü açıqlanıb. Rusiyanın səhiyyə səlahiyyətliləri ölkədəki siqaret istehsalı lobbisinin məhdudlaşdırmalara qarşı işlərini artırdığına da diqqət çəkib.
FaktXəbərin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Xalq Səhiyyə İdarəsi rəhbəri Gennadi Onişenko, siqaretin ölkə sağlamlığını ciddi şəkildə təhdid etdiyini açıqlayaraq, "Rusiyada siqaret istehlakındakı artım, xalqın sağlamlığını təhdid edir. Bizdə kişilərin yüzdə 67-si, qadınların isə yüzdə 30-u siqaret çəkir. Siqaretdən qaynaqlanan xəstəliklərə görə, ölkəmizdə ildə 400 min adam həyatını itirir" -deyə bildirib.
Tütün əkmirik, amma ildə 420 milyard siqaret istehsal edirik
Rusiya yüksək səviyyəli səhiyyə səlahiyyətlisi, siqaret məhsullarının satışıyla əlaqədar dövlət siyasət və hüquqi və normativ işlərin Səhiyyə və İctimai İnkişaf Nazirliyinə təhvil verilməsini də təklif edib. Onişenko, "Bu tətbiqi Rusiya Baş Nazirlik mütəxəssisləri də təklif edir. Bu, inkişaf etmiş Avropa ölkələrində qəbul edilən normalara da uyğundur. Ayrıca olaraq, ölkəmizdə tütündəki zərərli maddələrin məzmununu nəzərdə tutan qaydaları daha da sərtləşdirməmiz lazımdır. Avropadan fərqli olaraq, bizdə bu qaydalar daha yüngüldür. Bizim sağlamlığımız avropalılardan dahamı yaxşıdır? Bizdə ildə 420 milyard ədəd siqaret çıxarılır. Həmçinin, Rusiyada bir dənə belə tütün yarpağı əkilmir" - deyə danışıb.
Onişenko, Rusiyada fəaliyyət göstərən Tütün Sənayesi Şurası adlı bir-birliyin də siqaret istehsalçılarına etdiyi lobbiçilik işlərini sıxlaşdırdığını qeyd edib. Onişenko, vətəndaşlara xidmət edən Rusiya İctimai Otağı üzvlüyünə Tütün Sənayesi Şurası başçısının seçilməsinə heç cür məna verə bilmədiklərini də bildirib.
Qeyd edək ki, o, daha əvvəl də ölkədəki siqaret istehsalçılarını, "Rus xalqına qarşı nikotin soyqırımı" deyə günahlandıraraq, məhkəməyə verilməsi lazım olduğunu söyləmişdi.