Səhiyyə naziri: "Dönərxalanarda qazla bişirilən ət təhlükəlidir"
Səhiyyə naziri: "Dönərxalanarda qazla bişirilən ət təhlükəlidir"
19-02-2010
"Azərbaycanda normativlərə cavab verməyən dönərxanaların fəaliyyəti dayandırılacaq". Bunu bu gün mətbuat konfransı keçirən Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, son zamanlar nazirliyin sanitar qurumlarının əməkdaşlarının dönərxanalarda keçirdikləri baxış zamanı onların əksəriyyətində normativlərə əməl edilmədiyi məlum olub. Nazir dönərlərin çoxunun ətinin qazla bişirildiyini və bunun təhlükəli olduğunu qeyd edib.
"Qazın tərkibində zərərli elementlər var. Həm də qazla bişirəndə ət normal bişmir", deyə Oqtay Şirəliyev qeyd edib.