Yaponlar əkinçilikdə inqilab sayılacaq bir ixtiraya imza atdılar
18-02-2010
Yaponlar, bütün il boyu çiçək açan albalı ağacı yetişdirdi. Əsrlərdir baharın gəlişini, çiçək açan albalı ağaclarının altında oturaraq qarşılayan yaponlar, qlobal istiləşmə üzündən ağaclar həm zamanından əvvəl, həm də az açmağa başlayınca, bu ənənələrinin təhlükəyə düşməsindən qorxublar.
FaktXəbərin "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, Dr.Tomoko Abe və qrupu, bu təhlükəyə qarşı, hər mövsüm açan, çiçəkləri daha uzun müddət qalan, daha çox çiçək verən albalı ağacı yetişdirməklə cavab veriblər.
Bu "super albalı ağacını" yetişdirmək üçün araşdırmaçılar, Keiou-Zakura 13 növ albalı ağacının budaqlarında mutasiyaya gətirib çıxarmaq üçün karbon ionlarından istifadə edib. Bu budaqlar daha sonra peyvənd aparılaraq Nişina Otome adı verilən yeni bir albalı növü yetişdirilib.
Bu yeni növ albalı ağacı, baharda çiçəklərin tumurcuqlaması üçün soyuq hava dövrünə ehtiyac duymur. Bunun nəticəsində də dörd mövsüm çiçək aça bilir.
Dr. Tomoko Abe, 1990-cı ildən bəri hava istiliyinin diqqətə çarpan şəkildə artdığını ifadə edərək, albalı ağaclarının məhsuldar şəkildə açması üçün ən azı 8 min saatlıq soyuq havaya ehtiyac duyduqlarını, ancaq ölkə gedərək istiləşdiyi üçün bunun təmin edilə bilmədiyini söyləyib.