Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
15:00
11 Sentyabr terrorunun təşkilatçısı Səud rejiminə qarşı ifadə vermək istəyir

Vaşinqtonun 2001-ci ildə Dünya Ticarət Mərkəzində baş verən terror hadisələrinin əsas təşkilatçısı adlandırdığı Xalid Şeyx Məhəmməd edam cəzasının ləğv edilməsi müqabilində Səudiyyə Ərəbistanına qarşı ifadə verməyə hazır olduğunu bildirən məktub yazıb. 

FaktXəbər-in məlumatına görə, bu barədə"The Wall Street Journal" yazıb.

Məhəmmədin təklifi Federal Məhkəməyə əlavə edilmiş sənədlər sayəsində məlum olub. Həmin sənədlərdə Səudiyyə hökuməti 2001-ci il 11 Sentyabr terror hücumlarının koordinasiyasında iştirakda ittiham edilir.

Xalid Şeyx Məhəmməd sözügedən məktubu Quantanamo həbsxanasından yazıb və Manhetten Federal Məhkəməsinə göndərib. Qəzet yazır ki, Məhəmməd məktubda Səudiyyə Ərəbistanını Əl-Qaidə terror qruplaşmasını maliyyələşdirməkdə ittiham edən terror hücumu qurbanlarının yaxınlarının birgə fəaliyyətinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Əl-Qaidə hücumların məsuliyyətini öz üzərinə götürmüşdü. Əvvəllər özünü Əl-Qaidə Hərbi Şurasının başçısı adlandıran Xalid Şeyx Məhəmməd 2003-cü ildə tutulub və 2006-cı ildən Quantanamoda saxlanılır.

Məhəmmədin vəkili müvəkkilinin hazırda and içərək ifadə verməyə hazır olmadığını söyləyib. 

Terror hücumunun qurbanlarının yaxınları Səudiyyə Ərəbistanını Əl-Qaidə terror təşkilatını maliyyələşdirməkdə və dəstəkləməkdə ittiham edirlər. Təxminən 800 nəfər Səudiyyə rejimindən təzminat tələb etmək iddia qaldırıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
408

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
296

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 18:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru