Bakıdakı orta ümumtəhsil məktəblərində buraxılış siniflərin şagirdləri sınaq imtahanı verəcəklər. Biliyin qiymətləndirilməsi və məzun-abituriyentlərdə test vərdişlərini genişləndirilməsinə xidmət edən sınaq imtahanlarında əvvəl on birincilər iştirak edəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirib ki, fevralın 27-də XI, 28-də isə IX siniflər üçün sınaq imtahanları keçiriləcək. Artıq sınaqların keçirilməsi üçün rayonlar üzrə məktəblər, imtahan mərkəzləri müəyyənləşib. XI siniflərdə hər otaqda 18, IX siniflərdə isə 24 şagird yerləşdiriləcək.
Şagirdlərin imtahan verəcəkləri 8 fənn isə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləridir. Bununla yanaşı, nəzarətçilərin də siyahısı artıq müəyyənləşib. Hər rayon üzrə 300-ə yaxın nəzarətçi imtahanlara cəlb olunacaq. Müəyyən olunan nəzarətçilər qeyri-ixtisas fənn müəllimləridir