Fəxrəddin Mehdiyev: "Həbs qəti-imkan tədbiri ilə razı deyiləm"
Həbs edilənlərdən biri - Elçin Abbasovun vəkili Fəxrəddin Mehdiyev həbs qəti - imkan tədbiri ilə razı deyil, bunun üçün apellyasiya verəcək
16-02-2010
Fevralın 13-də saxlanan dindarlardan dördü Yasamal rayon məhkəməsinin qərarıyla iki aylıq həbs olunub. Onlara dövlət nümayəndəsinə müqavimət göstərmək və xuliqanlıq üzrə ittiham irəli sürülüb. Həbs edlənlərdən biri – Elçin Abbasovun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, o, bu ittihamlarla, həm də həbs qəti-imkan tədbiri ilə razı deyil, bunun üçün apellyasiya verəcək: «Çünki bu ağır ittihamdır.İşin faktiki halları göstərir ki, bu ittiahamda onun təqsiri yoxdur». İttiham sübuta yetirilərsə, saxlananları 3 ildən 7 ilədək həbs cəzası gözləyir. Ötən həftənin şənbə günü bir qrup dindar Şəhidlər xiyabanını ziyarət etmək istəyib, onlarla polis arasında qarşıdurma yaranıb.