Azərbaycan Respublikasının Baş Prokurorluğu yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi Xidmətinə işçi qəbulu elan edib
16-02-2010
Azərbaycan Respublikasının Baş Prokurorluğu yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi Xidmətinə işçi qəbulu elan edib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə aşağıdakı vəzifələr üzrə ali təhsilli və iş təcrübəsi olan şəxslər arasında aparılır.
- Baş mütəxəssis (sistem administratoru) - 1 yer; (MS WINDOWS SERVER, GNULINUX, ISA SERVER, ACTIVE DIRECTORY, VPN, ANTIVIR üzrə sertifikatı olmalıdır),
- Baş mütəxəssis (şəbəkə administratoru) - 2 yer; (MS WINDOWS SERVER, GNULINUX, TCPIP, IPX, VPN, CİSCO, ANTIVIR üzrə sertifikatı olmalıdır),
- Baş mütəxəssis (mühəndis-proqramçı) - 2 yer; (PHP, JAWA, MYSQL, DELPHI, ORACLE üzrə sertifikatı olmalıdır).
- Mütəxəssis (şəbəkə mühəndisi) - 1 yer; (MS WİNDOWS SERVER, GNULINUX, LDAP, ERP, VPN, İPSEC, PROXY, sənəd dövriyyəsi sistemləri üzrə sertifikatı olmalıdır).
İşə qəbulla əlaqədar namizədlər 01 mart 2010-cu il tarixinədək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər: email: mbi@prosecutor. gov.az
tel: 492 - 04 - 95