Zəlzələ riski olan yerlərdə aktiv fayların üzərində tampon bölgə yaradılacaq
15-02-2010
FaktXəbərin verdiyi məlumata görə, Türkiyə Baş Nazirliyi Fəlakət və Təcili Vəziyyət Zəlzələ Dairəsi Rəhbərliyi, İstanbul başda olmaqla zəlzələ riski olan yerlərdə aktiv fayların üzərində tampon bölgə yaradacaq. Etibarlı tampon bölgə, fay xəttinin quruluşuna görə 75, 150 və 250 metr olaraq təyin olunacaq. Fay xətti daha geniş olsa, tampon bölgənin məsafəsini yeni yaradılacaq Fay Yoxlama Komissiyası təyin edəcək. Tampon bölgədə tikintilər aparmağa icazə verilməyəcək. Mövcud tikili və iqamətgahların istifadə müddəti tamamlanana qədər, istifadə ediləcək, ancaq strukturların qüvvətləndirilməsi təmin ediləcək.