İnternet abunəçilərinin yalnız 65 faizi DSL istifadə edir
2014-cü ildə sürətli internet istifadəçilərinin sayı yarım milyardı keçəcək
12-02-2010
2010-2014-cü illərdə internetə genişzolaqlı çıxış abunəçilərinin sayı 20 faiz artaraq 501 milyon nəfərə çatacaq. Bu barədə “ABI Research” tədqiqat şirkətinin yeni hesabatında bildirilir. Sürətli internet abunəçilərinin artım sürətinə “triple-play” (telefon, internet və televiziyanın bir araya gətirilməsi) xidmətlərinin geniş tətbiqi və abunəçi haqqının ləğv olunması güclü təkan verəcək.
Ötən ilin yekunlarına görə, dünya üzrə stasionar genişzolaqlı çıxış abunəçilərinin sayı 422 milyon nəfər təşkil edib. Bu, 2008-ci ildəkindən 8 faiz çoxdur. Statistik məlumatlara əsasən, hazırda internet abunəçilərinin 65 faizi DSL, 25 faizi kabel, 10 faizi isə optik-lif qoşulma vasitələrindən istifadə edir. Bu qoşulma növlərindən ən sürətlə artanı optik-lif qoşulma olacaqdır. Həmin texnologiya üzrə internetə qoşulan abunəçilərin sayı 2014-cü ilədək təqribən 106 milyon nəfər artacaq.