Fevralın 10-da «Yeni Müsavat» qəzetinin baş redaktorunun müavini Azər Ayxana qarşı məhkəmənin hazırlıq iclası davam etdiriləcək. Jurnalistə qarşı iddianı Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev qaldırıb. O iddia edir ki, «Yeni Müsavat» qəzetində yanvarın 5-də dərc olunan «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı məqalədə ona böhtan atılıb, şərəf və ləyaqəti təhqir olunub. Akademik Azər Ayxanın həbsini istəyir.