"Əl-Cəzirə" telekanalı İlqar İbrahimoğludan müsahibə alıb
Müsahibənin əsas mövzusu kimi, bu günlərdə İsrail rejiminin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana olan səfəri olmuşdur
09-02-2010
Beynəlxalq “Əl-Cəzirə” telekanalının müxbiri Metyu Kollin İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğludan telekanal üçün müsahibə almışdır. Müsahibənin əsas mövzusu kimi, bu günlərdə İsrail rejiminin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana olan səfəri olmuşdur. Müsahibə zamanı, o cümlədən qeyd olunmuşdur ki, "Fələstin körpələrinin cəlladı olan bir insanlıq əleyhinə caninin ölkəmizə səfəri çox ağrılı bir məsələdir və daşnak vəhşiliyinə bələd olan xalqımız üçün bu xüsusilə narahatdoğurucu bir məsələdir".// Deyerler.org