Əliağa Hüseynov fövqəladə hallar naziri təyin olunacaq?
Kamələddin Heydərovun isə baş nazir vəzifəsinə təyin edilməsi gözlənilir
09-02-2010
Azərbaycanın keçmiş Hərbi Komissarı, hazırda Salyan rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Əliağa Hüseynov yaxın zamanlarda ölkənin fövqəladə hallar naziri təyin edilə bilər. Bu barədə "MilAz" İA-ya adının çəkilməsini istəməyən mənbə məlumat verib. Mənbə bildirib ki, hazırkı fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərovun isə baş nazir vəzifəsinə təyin edilməsi gözlənilir.
Xatırladaq ki, general-leytenant Ə.Hüseynov 2009-cu ilin sonlarında ölkə başçısının sərəncamı ilə təqaüdə göndərilmişdi. Az sonra İ.Əliyev onun Salyan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalamışdı./"MilAz"