Alimlər xərçəng hüceyrələrini yox edən ferment tapıb
08-02-2010
Alimlər, bir çox xərçəng növünün yaranmasına səbəb olan genin hüceyrələrini yox edən ferment tapdıqlarını açıqlayıblar.
İngiltərənin Xərçəng Araşdırma Mərkəzi və Beynəlxalq Xərçəng Araşdırma dərnəyinin alimləri, proteaz HtrA2-nin bir çox qan xərçəngində, süd vəzisi və ağ ciyər xərçənglərində yüksək səviyyədə olan onkogen WT1 hüceyrələrini təmizləyə bildiyini aşkar ediblər. Zaman Qəzetinin xəbərinə görə, WT1-in xərçəngdə tanınan bir faktor olduğunu bildirən tədqiqatçılar, nadir görünən xərçəng növündən olan Wilms' şişinin böyrəyin inkişafına mane olduğunu açıqlayıblar.
Molecular Cell jurnalında yayımlanan ən son araşdırmada, ilk dəfə WT1 hüceyrələrini yox edən fermentin kəşf edildiyi bildirilib. Manchesters Universiteti Həyat Elmləri fakultəsinin həkimi Dr Jorg Hartkamp, “Xərçəngə WT1-in səbəb olduğunu bilirdik. Amma, onun necə fəaliyyət göstərdiyini bilmirdik. Beləliklə, WT1-in səhmanlayıcı təsir sahəsi üzərində çalışarkən, təsadüfən HtrA2-nin rolunu kəşf etdik. Bu kəşf daha böyük təsirə malikdir. Çünki, WT1-in əskik olan yerlərini doldurduq. Bu əskik yerlər də, fermentin WT1 hüceyrələrini təmizləyə bilməsidir.” deyi