İngiltərədə aparılan araşdırmalar sübut edib ki, uzun müddət oturmaq insanda artıq çəkinin yaranmasına və infarkta səbəb olur
06-02-2010
Bu xəstəliklərə daha çox televizor, kompüter qarşısında çox oturan və avtomobil idarə edən insanlarda rast gəlinir. Sübut olunub ki, gündə 4 saatdan artıq televizor qarşısında oturan insanlar arasında ölüm halları daha az oturanlara nisbətən 80% çoxdur. Çünki bir saatdan artıq bir yerdə oturan insanın orqanizimində şəkər və yağın miqdarı yaxşı tənzimlənmir. İsveçrəli alimlərin də bu sahədə apardıqalrı araşdırmalar deyilənləri sübut edir.