Komitet 300-ün ən mühüm üzvlərinin bəzisi həm də NATO-nun üzvüdür – bu, yadda saxlamalı olduğumuz faktdır. Komitet 300-ün bu üzvləri çox hallarda eyni vaxtda bir neçə vəzifə tutur. ABŞ-ın NATO-da keçmiş səfiri Harland Klivlend (Harland Cleveland), “Aspen İnstitutunun” direktoru Cozef Sleyter (Joseph Slater), ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Donald Leş (Donald Lesh), Corc Makgi (George McGhee) və Kleyborn Pell (Claiborne Pell) eyni vaxtda həm NATO-nun, həm də “Roma Klubu”nun üzvləridir – bu vur-tut yalnız bir neçə misaldır.
Bu şəxslərin adlarını unutmamaq, arzu olarsa onların siyahısını əldə etmək vacibdir ki, həmin adlar televiziya proqramlarında və xəbər verilişlərində peyda olanda onların kim olduqları və nəyin arxasınca getdikləri həmişə yadda olsun. Kəşfiyyatın “modus vivendi”sinə əməl edən Komitetin liderləri televiziyada tez-tez peyda olurlar, adətən ən səmimi və günahsız maska altında. Lakin hər kəs bilməlidir ki, onların bütün əməlləriəcla təmiz deyil.
Komitet 300 öz agentlərini Birləşmiş Ştatların lap ürəyinə yeritmişdir - hökümətə, Konqresə, prezidentin müşavirləri postuna, səfirlər və dövlət katibləri vəzifələrinə. “Roma Klubu” vaxtaşırı iclas və konfranslar keçirir. Bunlar, xətərsiz adlarına baxmayaraq, faktiki olaraq işçi komissiyalara çevrilir; onların hər birinə xüsusi tapşırıqlar verilir və onun yerinə yetirilməsi üçün müddət təyin olunur. Fövqəladə vəziyyətlər olmadıqda Komitet 300 çox dəqiq cədvəl üzrə işləyir.
Komitet 300 “Roma Klubu”nun Birləşmiş Ştatlarda ilk konfransını 1969-cu ildə “”Roma Klubunun Assosiasiyası” adı altında çağırmışdı. Növbəti görüş 1970-ci ildə “Riverdeyl Dini Tədqiqatlar Mərkəzi” adı altında baş tutdu; ona Tomas Berni (Thomas Burney) rəhbərlik edirdi. Bunun ardınca 1971-ci ildə Texas ştatıyıy Hyuston şəhərində Vudland Konfransı oldu. O vaxtdan mütəmadi konfranslar hər il Vudlandda keçirilir.
Elə həmin 1971-ci ildə “Energetika və Tikinti üzrə Mitçel Korporasiyası” (Mitchell Energy and Development Corporation) “Roma Klubu” üçün energetika sahəsində strategiya üzrə görüş təşkil etdi – görüşdə dominant təşkil edən mövzu ABŞ-ın YÜKSƏLİŞİNİ MƏHDUDLAŞDIRMAQ olub. Bütün bu fəaliyyətin kulminasiyası 1980-ci ilin iyulunda baş tutan “Gələcəyin problemləri üzrə birinci qıobal konfrans” oldu. Konfransda 4.000 nəfər sosial məsələlər üzrə mütəxəssis və “beyin mərkəzlərinin” üzvü iştirak edirdi. Onların hamısı ya “Roma Klubu”nun bayrağı altında fəaliyyət göstərən təşkilatları təmsil edən, ya da onlarla sıx əməkdaşlıq edən insanlar idi.
“Gələcəyin problemləri üzrə birinci qıobal konfrans” Ağ Evin xeyir-duasını almışdı. Ağ Ev bu konfransın stenoqramları əsasında özünün “1980-ci illərin problemləri üzrə Ağ Evin Komissiyası” adlandırılan konfransını keçirdi. Konfrans “Roma Klubu”nun siyasətini RƏSMİ OLARAQ “ABŞ-ın gələcək siyasətinin istiqaməti qismində” məsləhət gördü və hətta o qədər dərinə getdi ki, Birləşmiş Ştatların iqtisadiyyatını industrial fazadan çıxan iqtisadiyyat kimi müəyyən etdi. Bu, ser Piter Vikkers-Hollun və Zbiqnev Bjezinskinin mövzuları ilə eyni səslənir və bir daha təsdiq edir ki, ABŞ-ın daxili və xarici siyasəti Komitet 300-üç nəzarəti altındadır.
1981-ci ildə dediyim kimi, siyasi, iqtisadi və sosial cəhətdən biz “Roma Klubu”nun planları aras;nda kəlbətin kimi sıxılmışıq. Hər şey BİZƏ QARŞI KÖKLƏNİB. Əgər biz sağ qalmaq istəyiriksə, onda hökümətimizi Komitet 300-ün ölümcül ağuşundan çıxarmalıyıq. Komitet 300 Kalvin Kudric Ağ Ev uğrunda namizədliyini irəli sürən vaxtdan hər seçkidən sonra öz agentlərini hökümətdə həlledici postlara yeridə bilirdi, buna görə də prezident postunu kimin tutacağının heç bir fərqi yox idi. Məsələn, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) təlimatları əsasında fəaliyyət göstərən “Beynəlxalq Münasibətlər üzr Şura” (BMŞ) Franklin D. Ruzveltin dövründən etibarən prezidentliyə namizədlərin hamısını çox böyük diqqətlə saf-çürük edir.
1980-ci il seçkilərində ABŞ-ın ən yüksək dövlət vəzifəsinə namizədlərin hamısı “Beynəlxalq Münasibətlər üzrə Şura” tərəfindən seçilmişdi. Buna görə də secki yarışını kimin udacağının sui-qəsdçilər üçün əhəmiyyəti yox idi. “Miras Fondu” və “Beynəlxalq Münasibətlər üzrə Şura” kimi “troya atlarının” xidmətləri sayəsində yeni administrasiyada bütünhəlledici postlara “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun irəli sürdüyü adamlar əyləşdirildi. 1960-cı illərdən həmin vaxta qədər də bu postların bir çoxunu NATO və “Roma Klubu”nun tərəfdarları tuturdu və bunun nəticəsidir ki, bütün həlledici siyasi qərarlar öz üzərində, Komitet 300-ün icraedici orqanları kimi çıxış edən, “Roma Klubu” və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın silinməz möhürünü daşıyır.
1984 və 1988-ci illərin seçkiləri də eyni ilə bu cür, əvvəlcədən hazırlanan ssenari üzrə küçirildi. Dövlət katibi Corc Şults Komitet 300-ün bu vəzifəyə namizəd üçün irəli sürdüyü tələblərə tam uyğun gəlirdi. C.Şults həmişə “Beynəlxalq Münasibətlər üzrə Şura”nın aparıcı rəhbəri Henri Kissincerin kreaturası olub. Üstəlik də, Komitet 300-ün həlledici transmilli kompaniyalarından biri olan ”Bechtel” kompaniyasında C.Şultsun tutduğu mövqe ona elə ölkələrə çıxmaq imkanı verirdi ki, başqa halda həmin ölkələr onu Kissincerlə bağlı adam olmaqda şübhəli hesab edə bilərdi. Karter administrasiyası sui-qəsdçilərin həlledici vəzifələrə irəli çəkilməsi prosesini sürətləndirdi. Karterin seçilməsi ərəfəsində onun seçki kampaniyasının əsas strateqi Hamilton Cordan demişdi ki, əgər Sayrus Vens və ya Z.Bjezinski Karter kabinetində yer alarlarsa, onda o, Cordan istefaya gedəcək. Onlar təyin olundular, lakin Cordan istefaya getmədi.
Karterin Pol Volkerlə bağlı seçimi (faktiki olaraq Volkeri təyin etməyi ona Devid Rokfeller əmr etmişdi) ABŞ iqtisadiyatının “Roma Klubu”nun planına uyğun süqutunun başlanğıcı oldu. Biz Vahid Dünya Hökümətinin məqsədlərini güdən çox qüdrətli qüvvələrlə üz-üzə gəlmişik. Son 45 il ərzində bizə qarşı viranedici və heydən salan müharibə aparılır, ancaq biz onu müharibə kimi qəbul etmirirk. Beyinlərimiz metodik surətdə və sistematik qaydada yuyulur, bizdə isə bununla bağlı heç şübhə də yaranmır. Tavistok İnstitutu bunun üçün bütöv bir sistem yaratdı, sonra da onu işə saldı.
Müqavimət göstərmək üçün yeganə vasitə - sui-qəsdçilərin və onlara pərdə kimi xidmət göstərən çoxsaylı təşkilatların ifşa olunmasıdır. Bizə təcrübəli, dəyərsiz irsimizin müdafiəsi strategiyasını hazırlaya bilən insanlar lazımdır – biz bunu itirsək, onu artıq heç vaxt bərpa edə bilməyəcəyik. Biz sui-qəsdçilərin metodlarını öyrənməliyik – öyrənməli və əks tədbirlər hazırlamalıyıq. Ölkəmizi daxildən yeyən çürümənin qarşısını yalnız dağıdıcı əksfəaliyyət proqramı ala bilər.
Bəziləri qlobal sui-qəsdin mövcud olduğu ilə bağlı ideyanı çətinliklə qavrayır, çünki bir çox yazıçı bundan pul qazanır. Bir başqaları belə bir fəaliyyətin qlobal miqyaslarda uğurla aparıla bilməsinin mümkünlüyünə şübhə edir. Onlar bizim hökümətin dəhşətli bürokratiyasını görür və deyirlər: “Yaxşı, biz nə üçün inanmalıyıq ki, ayrıca bir adam hökümətdən çox iş görə bilər?”. Lakin bu vaxt nəzərə alınmır ki, hökümət özü elə sui-qəsdin bir hissəsidir. Onlar aşkar dəlillər istəyirlər, aşkar dəlil əldə etmək isə çox çətindir.
Belə deyənlər də tapılır: “Hə, nə olsun. Mənim sui-qəsdlə nə işim, mən heç səsverməyə də getmirəm”. Amerika əhalisinin əksər hissəsindən məhz bu cür reaksiyaya nail olmaq istəyirlər. Xalqımız apatiya və laqeydlik mərəzinə tutulub – bu, 45 il ərzində bizə qarşı aparılan müharibənin nəticəsidir. Kurt Levinin kitabında bunun necə edildiyi aydın göstərilib, lakin elmi kitabın mütaliəsini əyləncəli ədəbiyyatdan üstün tutan çoxmu insan tapılar? Bizi necə proqramlaşdırırlarsa, biz də məhz o cür reaksiya veririk. Ruh düşkünlüyünə və apatiya girdabına qərq olan insanlar gözlənilmədən meydana çıxaraq bütün problemlərin həllini vəd edən və cəmiyyətdə etibarlı qayda-qanun yaradılacağına, insanların işlə tam təmin olunacağına, daxili ziddiyyətlərin isə minimuma endiriləcəyinə zəmanət verən dahi adamı alqışlamağa həmişə hazırdırlar. Belə bir diktatoru – o isə məhz diktator olacaq – hamı bağrına basmağa hazır olacaq.
Düşmənimizin KİM olduğunu bilmək – bu, bizim üçün ölüm-dirim məsələsidir.Naməlum düşmənlə döyüşmək mümkün deyil. Bu kitabı hərbi-sahə nizamnaməsi kimi istifadə etmək olar. Onun məzmununu öyrənin və bütün adları yadda saxlayın. Bu fəsildə mən “profilləşdirmə” (*) texnikası barədə tez-tez danışmışam. “Profilləşdirmənin” tam izahı növbəti fəsildə verilir. “Profilləşdirməni” öyrənərkən əldə oluna biləcək ən əsas nəticələrdən biri, onun fərd, partiya qrupu, siyasi birlik və s. səviyyəsində necə asanlıqla həyata keçirilə bulməsindən ibarətdir. Bunun necə asan olduğunu dərk edən kimi sui-qəsd bizə artıq nə isə, bizim anlamaq qabiliyyətimizdən kənar olan bir şey kimi görünməyəcək. Bizə prezident Kennedinin niyə öldürüldüyünü, prezident Reyqanın həyatına niyə qəsd olunduğunu başa düşmək asan olacaq.
NƏZARƏT BU TƏŞKİLATLAR VASİTƏSİLƏ HƏYATA KEÇİRİLİR
Profilləşdirmə - bu, “Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu”nun (BİKİ) əmri ilə 1922-ci ildə işlənib-hazırlanan metoddur. Britaniyanın hərbi mütəxəssisi mayor Con Roulinq Riz (John Rawlings Reese) Susseks Universitetinin tərkibinə daxil olan “İnsan Münasibətləri üzrə Tavistok İnstitutu”nun nəzdində beyinlərin yuyulması üzrə dünyada ən iri idarənin yaradılması barədə göstəriş aldı. Bu idarə “Britaniya Psixoloji Müharibələr Bürosu”nun (Britain's Psychological Warfare Bureau) nüvəsini təşkil etdi. Mən 1970-ci ildə Birləşmiş Ştatları ilk dəfə Riz və Tavistok kimi adlarla tanış edəndə bu, oxucularda demək olar ki, heç bir maraq doğurmadı. Lakin ötən illər ərzində mən Tavistokun fəaliyyətini və onun sui-qəsddə rolunu açdıqca, mənim erkən tədqiqatlarıma təqlidçilik dəbə minməyə başladı və populyar oldu.
“Britaniya Psixoloji Maharibələr Bürosu” Con R. Rizin Böyük Britaniya ordusundan və hərbi əsrlərdən ibarət olan 80.000 “təcrübə dovşanının” üzərində gördüyü işin – onlar çoxsaylı testlərə məruz edilirdilər – nəticələrindən geniş istifadə etmişdi. Məhz Tavistokun sınadığı metodlar Birləşmiş Ştatları İkinci Dünya Müharibəsinə qoşulmağa və d-r Kurt Levinin rəhbərliyi altında MXİ-ni (Məxfi Xidmət İdarəsi) – MKİ-nin xələfi – yaratmağa məcbur etdi. Levin “Strateji Bombardmanların Planlaşdırılması İdarəsi”nin (Strategic Bombing Survey) rəhbəri təyin edildi. Almaniyada hərbi zavodlara toxunmadan fəhlələrin yaşadıqları yaşayış kvartallarının genişmiqyaslı bombardmanı üzrə Kral Hərbi-Hava Qüvvələri üçün planın işlənib-hazırlanması bu idarənin fəaliyyətinin nəticəsi idi. Hər iki tərəfdəki hərbi zavodlar beynəlxalq bankirlərə məxsus idi və onlar öz aktivlərinin dağıdılmasını istəmirdilər.
Müharibədən sonra NATO Susseks Universitetinə beyinlərin yuyulması üzrə xüsusi mərkəz təşkil etməyi əmr etdi. Bu mərkəz “Britaniya Psixoloji Müharibələr Bürosu”nun bir hissəsi oldu, lakin indi onun tədqiqatları hərbi yox, mülki sahədə tətbiq olunmağa istiqamətlənirdi.Narkotiklər haqqında fəsillərdə biz hələ bu, “Elmi Siyasətin Tədqiqatı İnstitutu” (ESTİ) adlandırılan super gizlin idarə haqqında söhbətə qayıdacağıq.
Mülki vətəndaşların yaşadığı yaşayış kvartallarının genişmiqyaslı bombardmanında məqsəd alman fəhlələrinin mənəvi ruhunu qırmaq idi. Bu bombardmanlar alman hərb maşınının dağıdılması məqsədini güdmürdü. Levin və onun aktuarilər komandası belə bir hədəf-göstərici hesablamışdılar: əgər alman fəhlələrinin evlərinin 65 %-i Kral Hərbi Hava Qüvvələrinin gecə bombardmanları ilə dağıdılarsa, onda mülki əhalinin mənəvi ruhu qırılmış olar. Bu məsələ ilə əlaqədar real işçi sənəd “Prudential Assurance Company” sığorta kompaniyası tərəfindən hazırlanmışdı.
(*) İngiliscə “to profile” felindən – şablona uyğunlaşdırmaq (düzəltmək, qurmaq, istehsal etmək və s., tərc.)