Kurtlar Vadisi Pusunun son bölümündən çox təəccüblü səhnələr...
06-02-2010
Vadinin nəfəsləri kəsən 79-cu bölümündə İsrail və Amerikaya təəccüblü mesajlar göndərildi. Xüsusilə bir səhnədəki bayraq detalı, çox diqqətə layiq idi. Bir əlində qaranat, digər əlində silahla basqın edən Polad Ələmdar Mematiyə bu təlimatı verdi: "Bayraqları götür qanlarıyla çirkləndiməsinlər!"
Serialın çox diqqət çəkən səhnələrindən biri də, Qurani-Kərim və ərəblərlə bağlı hissə idi. Aron Fellerlə İsraillin arasında bu cür təəccüblü dialoq baş verir:
ARON FELLER: Mən İsrailin mənfəətlərinə əhəmiyyət verirəm.
İSRAİLLİ: Siz səhv siyasət aparırsınız. Biz türkləri 200 ildir bu kitabdan uzaqlaşdırmaq üçün işlər aparırıq. (Qurani-Kərimi əlinə alır) Bütün səylərimizin sonunda türklər özlərinə qayıtdılar və ətrafdakılara düşmən oldular. Biz bunun sayəsində ərəbləri məğlub etdik. Türklərlə birlikdə olan ərəbləri 1000 il kim məğlub edə bilmişdi.
ARON FELLER: Mənim onlara vəd etdiyim Quran, Məhəmmədə göndərilən kitab deyil. Mən onları, mənim izah etdiyim dinə çağırıram. Onların ayələriylə, amma mənim şərhlərimlə...
İSRAİLLİ: Odla oynayırsınız!
ARON FELLER: Cəhənnəmdə oynayacaq heç bir şey yoxdur.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"