Davutoğlu hansı gizli sənədi 7 il çantasında daşıyıb?
Əhməd Davudoğlu "Bəzi gizli razılaşmalar" mövzusunda illərdir susur
01-02-2010
Əhməd Davudoğlu "Bəzi gizli razılaşmalar" mövzusunda illərdir susur.
Bunlar arasında Ermənistan protokolları da var.
***
FaktXəbərin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan və 10 oktyabr 2009-cu il tarixində imzalanan protokol əslində 2002-ci ildə hazırlanıb. Və bu protokolların davamı da var. Xəbərdə belə deyilir: "Türkiyə ilə Ermənistan arasında qurulan komissiyalar bu gün yalnız bir hissəsini gördüyünüz protokollar üçün gizli çalışmışlar idi. Görünənlər məsələnin yerin üstə olan hissəsidir."
***
Ermənistanla ilk görüşlər 2002-ci ilin sonunda, yəni AKP hökuməti təzəcə iş başına gəldiyi günlərdə başlayıb.
Görüşlər gizli aparılıb.
Türkiyə tərəfinin nümayəndəsi, o dövrün baş nazir müşaviri olan Əhməd Davutoğlu idi. Davutoğluna səfir adı da verilərək mövqesi möhkəmləndirildi.
Sərhədlərin açılmasını nəzərdə tutan protokol bir nömrəli mətn idi və yeddi il sonra gün işığına çıxdı.
Hələ ortaya çıxmayan protokolların müzakirələri isə 2003-cü il ərzində davam etdi. Soyqırım məsələsi də qaralama protokola bağlandı.
Soyqırım təzminatıyla əlaqədar gizli protokolun məzmunu haqqında konkret məlumatlar verilmir. Ancaq protokol qaralamasının varlığı təsdiq edilir.
***
Ermənistanla görüşlər Xarici İşlər Nazirliyindən kənarda aparıldı.
Haqqında danışılan protokol qaralamaları necə qeydiyyata salındı? Harada saxlanıldı? Xarici İşlər Nazirliyinin protokol kabinetində sənəd hansı nömrəylə dəftərə salındı?
Bu barədə də konkret məlumatlar yoxdur.
Əldə edilən məlumat isə ondan ibarətdir ki, protokollar həmin vaxt (2002-ci ilin sonu və 2003-cü il) Əhməd Davutoğlunun çantasında daşınıb.