Fəaliyyətin əlaqələndirilməsi üzrə zəngin təcrübəyə və xüsusi kəşfiyyat şəbəkəsinə - İNTERPOL onun tərkib hissəsidir - malik olan Komitet 300 üçün vaxt etibarilə çox dəqiq razılaşdırılmış qlobal aksiyaları işə salmaq, ilk baxışda görünə bilən kimi, heç də çətin deyil
Bu iki ölkə arasında mövcud olan, Çörçill və Lord Qalifaksın öyündükləri, "xüsusi münasibətlər" adlandırılanın bünövrə bax bu cürdür. Bə məhz həmin bu "xüsusi münasibətlər" ABŞ-ı Böyük Britaniya maraqları, xüsusilə də British Petroleum kompaniyasının maraqları naminə Fars körfəzində İraqa qarşı vuruşmağa məcbur etdi. British Petroleum Komitet 300-ün ən mühüm kompaniyalarından biridir və Kraliça Yelizavetanın ailəsinin bu kompaniyada böyük kapital payı var.
Bütün kəşfiyyat fəaliyyəti 1938-ci ildən etibarən həmin bu birgə xüsusi komanda strukturunun nəzarəti altında həyata keçirilirdi. Filipp Eyci Mərkəzi Kəşfiyyat İdarəsinə "Notr Dam" Universitetini – burada o, iezuit frankmasonluq dairəsinə qəbul olunmuşdu – bitirdikdən sonra daxil olmuşdu. Eyci ilk dəfə mənim diqqətimi 1968-ci ildə, Mexiko Universitetində baş verən özbaşınalığın arxasında duran kəşfiyyat xidmətinin zabiti kimi cəlb etdi. Meksikada tələbə özbaşınalığının ən mühüm xüsusiyyətlərindən biri, onun Nyu-Yorkda, Bonnda, Praqada və Qərbi Berlində baş verən tələbə özbaşınalıqları ilə eyni vaxtda baş verməsi idi.
Fəaliyyətin əlaqələndirilməsi üzrə zəngin təcrübəyə və xüsusi kəşfiyyat şəbəkəsinə - İNTERPOL onun tərkib hissəsidir – malik olan Komitet 300 üçün vaxt etibarilə çox dəqiq razılaşdırılmış qlobal aksiyaları işə salmaq, ilk baxışda görünə bilən kimi, heç də çətin deyil. Belə aksiyalar tələbə özbaşınalıqları da, suveren (çoxlarının hesab etdikləri kimi) dövlətlərin liderlərinin devrilməsi də ola bilər. Eyci Meksikadan başqa bir hədəfə - Puerto-Riko terrorçu qruplarına keçdi. Bu vaxt o, Kubanın diktatoru Fidel Kastronun səlahiyyətli nümayəndəsi oldu.
Ağlınıza gəlməsin ki, Eyci bütün bu əməliyyatları "qırmızı" agent kimi həyata keçirirdi. Əksinə, bütün bu vaxt ərzində o, Mərkəzi Kəşfiyyat İdarəsinə işləyib. Problemlər, Kubanın DGİ kəşfiyyat xidməti onu "açmağın" öhdəsindən gələndən sonra başlandı. Eyci MKİ-nin agenti qismində öz fəaliyyətini, onun ikiqat agent rolunun üstü açılan vaxta qədər davam etdirdi. Onun ifşa olunmasında sovetlərin Qərbdə ən böyük, Kubada, Lurdesdə (Lourdes) yerləşən dinləmə postunun həlledici rolu olmuşdu. Məlumatların ələ keçirilməsi və şifrlərin açılması üzrə 3.000 sovet mütəxəssisi ilə komplektləşdirilən bu baza eyni vaxtda minlərlə elektron siqnalı izləməyə qadirdir. Konqresin üzvləri ilə onların məşuqələri arasında şəxsi telefon danışıqlarının çoxu ələ keçirilmiş və fayda ilə istifadə olunmuşdu.
Bu gün, 1991-ci ildə bizə "kommunizmin ölü" olduğunu deyirlərsə də, Birləşmiş Ştatlar bizim, demək olar kandarımızda əyləşən çox böyük cəsus təşkilatının bağlanması üçün heç nə etməyib. Halbuki Lurdesdəki baza faks və ya elektrik yazı maşınının şüalandırdığı ən zəif "qığılcım" siqnalını da tutmağa qadirdir, özü də bu siqnalın şifrəsini açmaqla yazı maşınında yazılan və ya faksla ötürülən nə varsa, hər şeyi görmək mümkündür. Lurdes bazası Birləşmiş Ştatların ürəyinə sancılmış xəncər kimi qalmaqda davam edir. Onu saxlamaq üçün qətiyyən heç bir səbəb yoxdur. Əgər ABŞ və SSRİ bir-biri ilə həqiqətən də sülh vəziyyətindədirsə, onda belə iri cəsus bazası nəyə gərəkdir? Bütün həqiqət ondan ibarətdir ki, bizi inandırmağa çalışdıqları kimi, bazanın personalının ixtisarı əvəzinə, 1990 və 1991-ci illərdə KQB (Komitet Qosudarstvennoy Bezopasnosti - Dövlət Təhlükəsizlik Komitəsi, tərc.) burada işə əlavə əməkdaş qəbul etmişdir.
Kurt Levinin adı Birləşmiş Ştatlarda yə`qin az tanınır. Dekadent "pop-ulduzlardan" və ya Hollivudun son miskin "kəşflərindən" fərqli olaraq, alimlər publikanın diqqətini ya nadir hallarda, ya da ümumiyyətlə cəlb etmir. "Roma Klubu"nun nəzarəti altında Birləşmiş Ştatlarda işləyən yüzlərlə alimin arasında Kurt Levin İrana, Filippinə, Cənubi Afrikaya, Nikaraquaya və Cənubi Koreyaya qarşı xəyanətkar fəaliyyətdə oynadığı rol səbəbindən xüsusi diqqətə layiqdir. İran şahının devrilməsi Robert Andersonun rəhbərlik etdiyi "Aspen İnstitutu"nun nəzarəti altında Kurt Levin və Riçard Falk (Richard Falk) tərəfindən işlənmiş plan üzrə baş veriridi.
Levin "Zamanın perspektivləri və mənəvi ruh" adlı ("Time Perspective and Morale") işin müəllifidir. "Roma Klubu"nun bu publikasiyası özü iləmillətin və ayrı-ayrı liderlərin mənəvi ruhunun sındırılması üzrə rəhbəredici vəsaiti təcəssüm etdirir. Budur, bu sənəddən bəzi iqtibaslar:
"Vahimə strategiyası vasitəsilə mənəvi ruhun qırılmasının əsas metodlarından biri aşağıda göstərilən bu taktikaya dəqiqi əməl olunmasından ibarətdir: insanı onun cari vəziyyəti və onu gələcəkdə gözləyə bilənlərlə bağlı qeyri-müəyyən vəziyyətdə saxlamaq lazımdır. Bundan başqa, əgər sərt intizam cəzaları ilə onunla yaxşı davranılacağı barədə vədlər arasında baş verən xüsusi əvəzləmələr yayılan ziddiyyətli xəbərlərlə birlikdə situasiyanın koqnitiv strukturunu qeyri-aydın edirsə, onda insan hər hansı bir konkret planın onu arzu olunan məqsədə yaxınlaşdıracağı və ya əksinə, bu məqsəddən uzaqlaşdıracağı barədə təsəvvürlərini və əminliyini itirir. Belə şəraitdə hətta dəqiq planı və risq etməyə hazır olan şəxslər də nə etmək lasım olduğu ilə əlaqədar meydana çıxan güclü daxili konflikt sayəsində mənəvi cəhətdən iflic vəziyyətə düşmüş olurlar".
"Roma Klubu"nun bu proqramı həm ÖLKƏLƏRƏ, həm də ayrı-ayrı şəxslərə, xüsusilə bu ölkələrin dövlət rəhbərlərinə münasibətdə tətbiq olunur. Biz ABŞ-da yaşadığımız üçün düşünməməliyik ki, "Bəsdirin, bura Amerikadır və burada bu cür işlər baş verə bilməz". İzn verin sizi əmin edim ki, bütün bunlar ABŞ-da da, hətta ola da bilsin ki, digər ölkələrlə müqayisədə daha tez-tez BAŞ VERİR.
Levin – "Roma Klubu" planı bizim hamımızı ruh düşgünlüyünə salmaq məqsədini güdür ki, biz, bizim üçün planlaşdırılan hər şeyi əvvəl-axır dinməzcə qəbul edək. Biz "Roma Klubu"nun əmrlərinə qoyun kimi əməl edəcəyik. Güclü şəxsiyyət təsəvvürü yaradan və milləti "xilas" etmək üçün gözlənilmədən meydana çıxan istənilən liderə son dərəcə şübhə ilə yanaşmaq lazımdır. Xatırlayaq ki, Xomeyni gözlənilmədən İranın xilaskarı kimi peyda olana qədər Böyük Britaniya kəşfiyyatı uzun illər ərzində - xusüsilə də o, Parisdə yaşadığı dövrdə - onu missiyası üçün hazırlayıb. Boris Yeltsin - Mİ-6 - SİS-ın elə həmin ilxısındandır.
"Roma Klubu" Birləşmiş Ştatların "yumşaldılması" barədə Komitet 300-ün tapşırığını yerinə yetirdiyinə əmindir. Bu ölkənin xalqı ilə 45 il ərzində apardığı müharibədən sonra kim tərəddüd edər ki, o həqiqətən də öz tapşırığını yerinə yetirmişdir? Ətrafa nəzər yetirin və siz bizim mənəviyyatsızlıq girdabına nə dərəcədə qərq olduğumuzu görəcəksiniz. Narkotiklər, pornoqrafiya, rok-"musiqi". Azad seks, ailənin əsaslarının praktiki olaraq tamamilə dağıdılması, lesbiyançılıq, homoseksualizm və nəhayət, anaları tərəfindən dəhşətlə öldürülən milyonlarla günahsız körpə. Abortlarla müqayisədə daha iyrənc başqa bir cinayət varmı?
Birləşmiş Ştatlar daxili süqut astanasında durduğunu və onun yeni Qaranlıq Əsrlərdə olacaq Vahid Dünya Hökümətinin ağuşuna yıxılmağa hazir olduğunu kim inkar edər? Əgər ABŞ – ruhi və mənəvi müflisdirsə, əgər bizim sənaye bazamız dağıdılıbsa, əgər ölkədə 30 milyon işsiz varsa, əgər bizim şəhərlərimiz – istənilən ölkə ilə müqayisədə üçqat artıq səviyyədə olan ağla gələn hər cür cinayətlərin dəhşətli klaokasıdırsa, əgər ölkədə 4 milyon evsiz varsa, əgər hökümətdə korrupsiya ucdantutma hamıya sirayət edərək, görünməmiş miqyas alıbsa – kim bunu inkar edə bilər?
"Roma Klubu" xristian kilsələlərinin parçalanması işində istədiyinə nail olub; "Roma Klubu" sionist İsrail dövləti uğrunda döyüşməyə hazır olan xarizmatik fundamentalistlərdən və yevangelistlərdən ibarət bütöv bir ordunun yaradılması işində istədiyinə nail olub. Fars körfəzində genosid müharibəsinin aparıldığı dövrdə mən onlarla məktub alırdım. Bu məktublarda soruşurdular ki, mən "İraqa qarşı ədlətli xristian müharibəsinin" əleyhinə necə çıxa bilirəm. İraqa qarşı aparılan müharibənin (Komitet 300-ün müharibəsinin) xristian fundamentalistləri tərəfindən dəstəkləməsinin İncildə deyilmədiyinə axı mən necə şübhə edə bilərdim – məgər qırğını başlanmazdan əvvəl Bill Qrexem prezident Buşla birlikdə dua etməmişdi? Məgər İncil "müharibələr və müharibələr haqqında şaiələr" barədə heç nə demir?
Həmin məktublar Tavistok İnstitutunun öz işini necə yaxşı gördüyünü göstərir. Xristian fundamentalistləri, necə planlaşdırılıbsa, İsrail dövlətini dəstəkləyən çox güclü qüvvəyə çevriləcək. Necə də kədərlidir - bu gözəl insanlar dərk etmirlər ki, "Roma Klubu" onlarla KOBUD ŞƏKİLDƏ MANİPULYASİYA EDİR və onların rəyləri və inamları ONLARA MƏXSUS DEYİL, Komitet 300-ün ABŞ-ın bütün ərazisinə səpələnən yüzlərlə "beyin mərkəzi" tərəfindən yaradılmışdır. Başqa sözlə, Birləşmiş Ştatlar əhalisinin digər təbəqələri kimi, xristian fundamentalistləri və yevangelistləri də güclü və dəqiq yerinə yetirilən beyin yuyulmasına məruz qalıblar.
Bir vaxtlar bütün dünyanın paxıllıq obyekti olan Amerika Birləşmiş Ştatlarının və amerikan həyat tərzinin fəlakətə uğramasını biz bir millət olaraq qəbul etməyə hazırıq. Düşünməyin ki, bu özbaşına baş vermişdir, "zəmanə dəyişir..." tipli köhnə sindromlara uymayın. Zaman heç nəyi dəyişmir, bunu İNSANLAR edir. Komitet 300-ün və "Roma Klubu"nun sırf Avropa təşkilatları olduğunu düşünmək yanlışlıqdır."Roma Klubu" Birləşmiş Ştatlarda çox böyük təsirə və hakimiyyətə malikdir; "Roma Klubu" Vaşinqtonda, Kolumbiya ştatında öz fərdi kapituluna(burada Vaşinqtobda Kapitoli təpəciyində yerləşən ABŞ Ronqresi nəzərdə tutulur, tərc.) malikdir.
Onun lideri senator Kleyborn Pelldir, onun üzvlərindən biri isə Konqresin Energetika üzrə Alt Komitəsinin keçmiş direktoru Frenk M. Potterdir. "Roma Klubu"nun ABŞ-ın energetika sahəsində siyasətini necə sərt nəzarətdə saxladığını və nüvə energetikasına qarşı "yaşıl" müxalifətin haradan peyda olduğunu görmək çətin deyil. Ola bilsin ki, Klubun ən böyük nailiyyəti də məhz elə Konqresin ABŞ-da nüvə energetikasının inkişafını ləngitməsidir, çünki bunun nəticəsində ölkə XXI əsrə güclü industrial dövlət kimi qədəm qoya bilməyəcək. Klubun nüvə əleyhinə siyasətinin effektini dayandırılan domna sobalarının, atılıb qalan dəmir yol stansiyalarının, pas atan metallurgiya zavodlarının, çoxdan bağlanan gəmiqayırma tərsanələrinin, eləcə də bütün ölkəyə səpələnən, bir daha bir yerə toplanması artıq mümkün olmayacaq yüksək ixtisaslı və çox qiymətli fəhlə qüvvəsinin sayı ilə ölçmək olar.
"Roma Klubu"nun ABŞ-da digər üzvləri Konqresin Tədqiqat Xidmətində (Congressional Research Service) çalışan Uolter A. Han (Walter A. Hahn), eləcə də görkəmli iqtisadçılar Ənn Çitem (Ann Cheatham) və Duqlas Rossdur (Douglas Ross). Rossun özünün sözlərinə görə, onun vəzifəsi "ölkəyə bolluq illüziyasından xilas olmağa kömək etmək üçün "Roma Klubu"nun perspektivlərini qanunverici aktlara transformasiya etməkdən ibarət olub". Ənn Çitem "Konqresin Gələcəyin Məsələləri üzrə Klirinq Palatası" ("Congressional Clearing House For The Future") adlı təşkilatın direktoru olub.
Bu qadının vəzifəsi Konqresin astrologiyaya və "Yeni era" (New Age)haqqında hər cür çərənləmələrə meylli olan üzvlərinə təsir etməkdən ibarət idi. Bir vaxtlar onun mühazirələrinə 100-dən çoz konqresmen gəlirdi. Ənn Çitem hər gün sessiya keçirir və bu sessiyalarda özünün "okkult təsəvvürləri" əsasında ən müxtəlif astroloji proqnozlar verirdi. Konqresmenlərdən başqa onun sessiyalarına Maykl Uolş (Michel Walsh), Komitet 300-ün aparıcı üzvü Tornton Bredşou (Michel Walsh) və "Ollsteyd İnşurans" (Allstate Insurance Company) sığorta kompaniyasının baş vitse-prezidenti David Sternlayt (David Sternlight) da təşrif buyururdu.
Yaşar Əsədov: Azərbaycan dilinə tərcümə, kitabın 1992-ci il tarixli 2-ci nəşri üzrə rus dilinə tərcüməsindən edilmişdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.