10 illik gizli xəstəliyinin səbəbi evi təmir edəndə ortaya çıxdı-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
15:54
16328
10 illik gizli xəstəliyinin səbəbi evi təmir edəndə ortaya çıxdı-VİDEO

ABŞ  sakini Keti Uilson 10 il gizlik xəstəlikdən əziyyət çəkib. Həkimlər uzun müddət onu müayinə etsələr də, heç nə anlamırlar. Səbəb isə təsadüfən evin təmiri vaxtı ortaya çıxıb. FaktXeber.com-un verdiyi məlumata görə, unikal hadisə barədə Inside Edition xəbər yayıb

Bildirilir ki, 41 yaşlı Keti Uilsonda eyni anda həm qripə, həm əzələ ağrısına, həm də sadəcə yorğunluğa bənzər simptomlar olub. Hətta bir vaxt gəlib ki, qadın əsadan istifadə etməli olub.

O, çoxsaylı analizlər versə də, kardioqramma, döş qəfəsinin rentenoqrafiyası, beyin və onurğa sütunun MRT-sini etdirsə də, həkimlər heç nə tapa bilmirlər.

Bunun səbəbini hamam otağındatəmir işləri aparan inşaatçı briqadası  aşkarlayır.

Məlum olub ki, su isidicisinin və qızdırıcının düzgün qoşulmamasına görə, qadının yataq otağına az miqdarda «səssiz qatil» kimi tanınan, iyi olmayan dəm qazı daxil olurmuş.

Təmirdən sonra qadının vəziyyəti yaxşılaşmağa başlayıb.

Ekspertlər hesab edir ki, bu hadisə unikal olsa da, təhlükəsizlik naminə hər bir ev dəm qazı ilə əlaqədar yoxlanılmalıdır.

Məqalədə : dəm qazı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 03:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com