Təqaüddə olan KQB agenti: Ağcanı nə KQB, nə də Bolqar kəşfiyyatı kirayəyə götürməmişdi
21-01-2010
Keçmiş Sovet kəşfiyyatı təqaüdçüsü mayor Mixail Lyubimov, Papa sui-qəsdi hökmlüsü Mehmet Əli Ağcanın nə KQB, nə də Bolqar kəşfiyyatı tərəfindən kirayəyə götürülmədiyini bildirib. Lyubimov, KQB-nin əfsanəvi rəhbəri Yuri Andropovun dövründə çox mühüm mövqelərdə işləyib.
FaktXəbərin verdiyi məlumata görə, Ağcanın azad edilməsi qərarına, Rusiya mətbuatında geniş yer ayrılıb. "İnterfaks" agentliyinə müsahibə verən keçmiş KQB agenti Lyubimov, Ağca ilə heç bir əlaqələrinin olmadığını bildirib. Lyubimov, "1981-ci ildə Papa 2-ci Paula sui-qəsd aksiyasının pərdə arxasında KQB yoxdur. Bu dedi-qodular ABŞın ortaya atdığı təxribatlar idi. Yenidənqurmanın başladığı vaxtlarda ABŞ-la əlaqələrimiz düzəldikdə, ameriklılar özləri bunu etiraf etdi: Papa sui-qəsdini KQB və Bolqar kəşfiyyatıyla biz əlaqələndirdik. İşin həqiqətində isə Ağcanın KQB və Bolqar kəşfiyyatı ilə heç bir əlaqəsi olmayıb. Bu ABŞın təxribatı idi", -deyə qeyd edib.
Qorbaçov, Ağcanın məsələsinin diqətlə araşdırılmasını əmr etmişdi
SSRİ-nin son dövrlərində rəhbəri olmuş Mixail Qorbaçov, Ağcanın məsələsinin diqqətlə araşdırılması üçün həmin dövrün KQB rəhbəri Vadim Bakatinə təlimat vermişdi. Rus yazar Vyaçeslav Şironin 1997-ci ildə yazdığı "KQB-CİA: Yenidənqurmanın gizli tərəfləri" adlı kitabında, hadisəylə əlaqədar belə yazıb: "Bakatin Qorbaçova araşdırmanın nəticələriylə əlaqədar hesabat təqdim edərək, "Sovet kəşfiyyatının Papa sui-qəsdiylə əlaqədar heç bir əlaqəsi yoxdur", -deyə bildirir. Amma bununla yanaşı hesabata əlavə qeyd də edir: "KQBdəki qısa xidmətimdə bundan əmin oldum: KQB səlahiyyətliləri yalnız yaxşı sirr saxlamağı deyil, eyni zamanda da izi silməyi də bacarır." Beləcə, KQB başçısı verilən təlimatı yerinə yetirə bilməməsinə görə üzr istədi və buna da eyham vurdu: KQB-nin terrorist Ağca ilə əlaqəsi var. Amma çox təəssüf ki, KQB izləri silib."