Bu ölkədə bundan sonra tütün məhsulları satmaq cinayət olacaq
19-01-2010
FaktXəbərin verdiyi məlumata görə, Finlandiya hökuməti, siqaret məhsullarının alış-verişini qadağan edəcək ilk ölkə kimi tarixə düşməyə hazırlaşır. Artıq bununla bağlı ölkə rəhbərliyi tərəfindən tütün məhsullarına qarşı qanunların sərtləşdirilməsi həyata keçirilir. Qeyd edək ki, yaz fəslinə qədər qüvvəyə minməsi gözlənilən yeni qanunla, artıq bu ölkədə tütün məhsullarının satışdan tamamilə çıxarılması nəzərdə tutulur. Mövzu ilə əlaqədar mətbuata açıqlama verən Finlandiyə Səhiyyə nazirliyinin rəsmisi İlkka Oksala, yeni qanun layihəsinin siqaretdən qəti olaraq "xilas olmağı" nəzərdə tutduğunu ifadə edərək, bunun tütün istehsalçılarına qarşı bir müharibə deyil, xalqın sağlamlığı ilə əlaqədar bir vəziyyət olduğunu vurğulayıb. Nəzərinizə çatdıraq ki, Finlandiyada fəaliyyət göstərən Tütün istehsalçıları, hökumətin bu qərarına qarşı rəsmi şikayət etməyə hazırlaşır.