ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n BAKIDA REKORD SƏVİYYƏDƏ ŞAXTA QEYDƏ ALINDI
n HİNDASTANIN ÜÇ NAZİRİ ƏXLAQSIZLIĞA GÖRƏ QOVULDU (foto)
n SURİYA TÜRK CASUSLARINI GERİ QAYTARMAQ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ
n ATASI ÜÇÜN ÖZÜNÜ XƏSTƏXANANIN DAMINDAN ATDI
n 18 AYLIQ KÖRPƏ TENİS MÜƏLLİMLƏRİNƏ DƏRS KEÇDİ
n AVTONƏHƏNG "MİTSUBİSHİ" CƏMİ 1 AVROYA SATILIR
n ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ
n CEYRANBATAN SU ANBARI DONUR
n KANADA HÖKUMƏTİ İŞGƏNCƏLƏRƏ RƏSMƏN İCAZƏ VERDİ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 
 
 
ƏSLİNDƏ BƏNƏNYARDA NƏ BAŞ VERİB?
 
 
Kəmalə Xəlilova: "Bu cür hərəkəti biz ermənilərdən gözləyirdik, özümüzünkülərdən yox"


13-01-2010


Ötən ilin sonlarından bəri Naxçıvanın Culfa rayonunun Bənənyar kəndində yaranmış gərginlik hələ də davam edir. Yerli polis qüvvələrinin kənddə Aşura mərasiminə kobud müdaxiləsilə başlayan qarşıdurmanın ilk ən ağır nəticəsi sakinlərdən biri olan Yunis Əliyevin özünü yandırması oldu. Lakin sonrakı günlərdə Naxçıvanın yerli hakimiyyət orqanları kənd camaatının üzərinə qoşun yeritməklə faciənin miqyasını bir qədər də genişləndirdi. Bənənyarda bütün baş verənlərlə bağlı özünə qəsd etmiş Yunis Əliyevin bacısı Kəmalə Xəlilova ilə görüşüb söhbətləşdik.

- Hazırda qardaşınızın durumu necədir?
- Qardaşımın səhhətində irəliləyişlər var. O, Iranda müalicəsini davam etdirir. Qardaşımı Irana aparmaqda heç bir məqsədimiz olmayıb. Arazın o tayı da bizim vətənimizdir, bu tayı da. Biz bu hadisələrin böyüyüb belə həddə çatacağını gözləmirdik. Bu, mənim ailəmin faciəsidir. Heç bir qurumlar, ayrı-ayrı şəxslər bizim faciəmizdən istifadə eləməsinlər. Insan faciəsinə belə yanaşmazlar. Bu gün mənim yeganə istəyim qardaşımın sağalıb, öz evinə, ailəsinin yanına qayıtmasıdır. Qardaşım özü Iranda telekanala müsahibəsində də deyib ki, dövlətdən, dövlət rəhbərliyindən narazılığı yoxdur.

- Qardaşınızın özünü yandırması barədə bir qədər ətraflı məlumat verərdiniz.
- Özüm Bakıda yaşayıram. Dekabrın 29-da bu barədə eşitdim və Naxçıvana getdim. Bildiyimə görə, Aşura günü polislə kənd camaatı arasında toqquşma olub. Siyan və Nadir adlı iki polis atamı Əlincə Polis Şöbəsinə apararaq, orada döyüblər. Ağsaqqal atam orada işgəncələrə, dözülməz təhqirlərə məruz qalıb. Anam, 80 yaşlı nənəm, 14 yaşlı bacım atamın ardınca polis şöbəsinə gedib. Anamgil atamın buraxılmasını tələb edəndə həmin Siyan adlı polis deyib ki, oturun maşına, sizi dəlixanaya aparıram. Sizə dəli iynəsi vurduracam. Qardaşım bu hadisələri eşidəndən sonra hiddətlənib. Əgər bir insanı döyürsənsə, söyürsənsə, üzünə təhqir edirsənsə, o neyləməlidir? Bütün bu hadisələr iki məsuliyyətsiz adamın ucbatından baş verib.
Bənənyarlıların heç bir siyasi məqsədi olmayıb və bu gün də yoxdur. Biz dövlətimizə, respublikamıza qarşı deyilik, biz polis zorakılığına qarşıyıq. Mən bu işlə əlaqədar cinayət-axtarış şöbəsinin rəisi Qulu müəllimə müraciət elədim. Çox sağ olsun, çünki həmin günlərdə mənə təsəlli oldu və söz verdi ki, günahkar polislər cəzasına çatacaq.

- Qardaşınız konkret hansı səbəbdən özünü yandırdı?
- Polislərə deyib ki, atamı buraxın, məni tutun. Polislər etiraz eləyib. Atasının işgəncə altında olduğunu bilən insan çarəsizlikdən hər şeyə əl ata bilər. Yunis polislərə deyib ki, özümü yandıracağam. Polislər də deyib ki, yandırırsan yandır. Budur, bizim bugünkü polisimiz.
Hadisə də elə kəndin içində baş verib. Çünki polislər bir qrup kənd sakinini, o cümlədən atamı tutub aparandan sonra yenidən kəndə qayıdıblar ki, başqa qurbanları da aparsınlar. Yunis də həmin vaxt onlardan tələb edib ki, bu haqsızlıq dayandırılsın.
Burada insanların taleyindən söhbət gedir. Biz 21-ci əsrdə yaşayırıq. Insanlara qarşı törədilənlərə yalnız vəhşilik adı vermək olar. Əgər Aşura gününü qeyd eləmək cinayətdirsə, niyə Bakıda qeyd olunur və heç bir kəskin reaksiya verilmir? Bu gün məktəblərdə bütün dərslər keçirlər. Lakin 45 dəqiqə ayırmırlar ki, insanlar dini baxımdan da maarifləndirilsin, şagirdlərə Islamın nə olduğu öyrədilsin. Əgər atam Aşura mərasiminə gedibsə, öz başını yarıbsa belə, – hərçənd heç bu da olmayıb – bunu ən pis halda inzibati xəta kimi qiymətləndirib, bir həftə, on günlük inzibati həbs cəzası vermək olardı. Qanun hətta qatili belə, döyməyi, ona işgəncə verməyi qadağan edir. Bənənyar camaatı Aşura mərasimini qeyd eləməklə nə böyük günaha yol verib ki, onların başına bu cür müsibət gətirilib?

- Qardaşınızı xəstəxanaya kim çatdırdı?
- Kənd camaatı. Qardaşım əvvəlcə Naxçıvan şəhər xəstəxanasına yerləşdirildi. Beş gün orada müalicə olundu. Onu da deyim ki, Naxçıvan şəhər xəstəxanasında qaldığı müddətdə qardaşıma lazımi tibbi yardım göstərilib. Sadəcə, onu müalicə edən həkim yanıq həkimi yox, travmatoloq idi, ona görə də xahiş etdik ki, xəstəmizi başqa yerə aparmaq istəyirik. Onlar da heç bir etiraz eləmədilər. Düzdür, xəstəxanada qapıda polislər dayanırdı. Amma bizə heç bir problem yaradılmadı. Mən yanvarın 3-də Bakıya qayıtmışdım. Onda qardaşım hələ Naxçıvandakı xəstəxanadaydı. Xəbər yayılıb ki, guya, qardaşımı qaçaq yolla aparmışıq. Xeyr, belə deyil. Bizə qardaşımı Naxçıvandan aparmağa heç kim mane olmayıb. Yenə deyirəm ki, onu Irana aparmaqda da konkret məqsədimiz olmayıb. Sadəcə, biz yoxsul insanlarıq, bizi siyasət yox, qiymətin ucuzluğu maraqlandırır. Əvvəlcə istəyirdik ki, Bakıya gətirək. Ona görə ayın 3-də Bakıya gəldim ki, ertəsi günü qardaşımı gətirəcəklər. Amma Iranda müalicənin qiymətinin ucuzluğuna görə sonradan anamın fikri dəyişdi. Məsafə baxımından da Iran Naxçıvana yaxındır. Mənim valideynlərimin 80 manata bilet alıb, Bakıya gəlib uşağını müalicə etdirməyə imkanı yoxdur. Ən nəhayət, bu gün Azərbaycandan yüzlərlə insan müalicə olunmaq üçün Irandakı xəstəxanalara üz tutur.

- Naxçıvanın Bakıdakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilir ki, qardaşınız və bir neçə başqa qohumlarınız ruhi xəstədir. Üstəlik, o da qeyd olunur ki, intihara cəhd hadisəsi baş verən gün AXCP-nin Culfa rayon şöbəsinin sədri Rza Nuriyev qardaşınıza spirtli içki içirib.
- Ola bilsin ki, Rza Nuriyevin ailəsi bu müsahibəni oxusun. Mən sevgi və sayğılarımla onlara üz tuturam. Nəinki mən, bütün Bənənyar camaatı bu ailənin yanındadır. Rza bəylə qohumluq əlaqələrimiz var. Rza bəy gözəl insandır, dindar, nurani adamdır. Onun bu olaylarla heç bir əlaqəsi yoxdur. Bu gün bir vətəndaş olaraq tələbimiz Rza bəyin azadlığa buraxılmasıdır. Nümayəndəlikdən bu açıqlamanı yayanlar nə isə yeni bir şey fikirləşsəydilər, daha yaxşı olardı. Onların gətirdiyi bəhanə sovet dövründən qalma, köhnəlmiş ideyalardır. Bu hadisənin məsuliyyətini daşıyan şəxslər özlərini qurtarmaq üçün günahsız insanları qurban seçməsinlər. Bənənyar hara, içki hara? Rza müəllim hara, içki hara?
Mətbuatda mənim adımdan belə bir fikir gedib ki, guya, Naxçıvan nümayəndəliyinin yaydığı məlumatın bir hissəsinin yalan olduğunu demişəm. Xeyr, nümayəndəliyin yaydığı məlumatın yarısı yox, hamısı yalandır. Mənim ailəmdə ruhi xəstə yoxdur. Ailəm haqqında məlumat da verə bilərəm. Atamın geniş kabineti, bahalı maşını, yaxşı qalstuku olmasa da, geniş ürəyi, halal çörəyi olub. Bacım sağlam uşaqdır, yeddinci sinifdə oxuyur. Qardaşımın biri üç il Xaçmazda həqiqi hərbi xidmətdə olub. Digər qardaşım Yunisə gəlincə, onun üç gözəl qız balası var – Zöhrə, Dəniz, Yağmur. Qardaşımın heç bir xəstəliyi olmayıb. Əgər qardaşım xəstəydisə, dörd il necə hərbi xidmətdə olub? Onun əlində bunu sübut edəcək hərbi bileti var. Naxçıvan strateji zonadır, xəstəydisə, onu necə hərbi xidmətə aparıblar?
Bu cür yalan məlumatlarla özlərini Azərbaycan cəmiyyəti qarşısında, medianın önündə gülməli vəziyyətə qoyurlar. Bütün Bənənyar camaatı bilir ki, bizim ailəmizdə ruhi xəstə yoxdur. Dirilərimizə hörmət qoymurlarsa da, heç olmasa, ölülərimizlə işləri olmasın. Rəhmətlik dayım Yusifin epilepsiya xəstəliyi olub. O, 2002-ci ildə rəhmətə gedib. Digər dayımın da həmçinin həm özü, həm də övladları sağlam olub.
Naxçıvan nümayəndəliyinin açıqlamasında yazılanları özümüzə, Azərbaycan vətəndaşına qarşı təhqir hesab edirəm. Ayıbdır, insanları təhqir eləməyə son qoysunlar. Ailəmizin psixi vəziyyətini yoxlamaq istəyənlər buyurub, bunu eləyə bilərlər. Təbii ki, əgər indiyə qədər həkimləri ələ alıb, onlardan saxta rəy almayıblarsa. Hətta belə bir saxta rəy alınsa belə, yenə də kənd camaatı, bizim ailəni tanıyanlar buna ancaq güləcək.

- Nümayəndəliyin açıqlamasında o da qeyd olunur ki, Bənənyarda baş verənlər Rza Nuriyev və onun ətrafındakıların təxribatıdır…
- Xeyr, yanlış fikirdir. Mənim, eləcə də Bənənyar camaatının tanıdığı Rza müəllim heç vaxt belə bir iş görməzdi və görməyib də. O, xalqını sevən insandır. Əksinə, polis Aşura mərasimindən sonra kənd camaatını şöbəyə aparıb, orada onlara işgəncə verəndən sonra insanlar hiddətlənib, müəyyən addımlar atmaq istəyiblər. Həmin vaxt Rza müəllim insanları sakitləşdirib, deyib ki, bütün qanunsuz hərəkətlərdən çəkinmək lazımdır. Yəni, hiddətlənmiş insanların qarşısını Rza müəllim alıb. Mənim qardaşım özü də sağalandan sonra inşallah, bunu təsdiqləyəcək. Təxribat ola bilər, amma bənənyarlılar tərəfindən, Rza müəllim tərəfindən yox. Bir daha deyirəm, bizlərin dövlət çevrilişi etmək fikrimiz yoxdur. Biz bir parça çörəyini daşdan çıxaran insanlarıq.

- Atanız həbsdən buraxılandan sonra başına gətirilənlərlə bağlı nələri danışdı? Hazırda vəziyyəti necədir?
- Atam ona qarşı törədilən işgəncələri, təhqirləri gizlətdi. Daha doğrusu, onların hamısını açıb-ağartmağı özünə sığışdırmadı. Atamın 65 yaşlı var, heç vaxt da siyasi proseslərə qarışacağı olmayıb. Fəhlə adamdır, həmişə əsas fikri də bir parça çörək tapıb ailəsini dolandırmaq olub. Atamı polis şöbəsində döyüblər, ona elə sözlər deyiblər ki, o kəlmələri ağıza almaq heç bir insanlığa, vicdana sığmır.

- Məlumata görə, Aşura mərasimini qeyd elədiklərinə görə bir qrup kənd sakinini həbs eləyiblər, bundan sonra bir neçə gün Bənənyarda sakitçilik olub. Sonradan nə baş verib ki, yanvarın 5-də yenidən kəndə polislərdən, əsgərlərdən ibarət qoşun yeridilib?
- Həmin vaxt mən Bakıda olmuşam. Ailəmizin də başı Yunisin müalicəsinə qarışmışdı. Eşitdiyimə görə, ayın 5-də kənd camaatına qarşı zorakılığa yol verilib. Şəxsən mənim anamı sürüyə-sürüyə polis şöbəsinə aparıblar. Məgər izahat almağa insanı sürüyə-sürüyə aparırlar? Hətta həmin vaxt soyuq havada anamın əynində gödəkçə və ya başqa bir üst geyimi də olmayıb.
Sakitlik yarandığı halda, birdən-birə həmin gün kənddə yenidən insanlara qarşı zorakılığa əl atıldığını nəzərə alaraq deyirəm ki, bu, təxribat ola bilər. Bir daha deyirəm ki, təxribat olubsa da, onu yaradanları kənd camaatının içində axtarmaq lazım deyil. Əgər bütün bu proseslər kənd camaatından asılı olmadan baş veribsə, bu halda onlar necə təxribat eləyə bilərdi? Deməli, təxribat olubsa da, onu törədənləri başqa yerdə axtarmaq lazımdır. Bənənyar kəndi dövlətə, dövlətçiliyə qarşı heç bir təxribatda bulunmayıb. Ilahi ədalət deyilən bir anlayış var. Bu ssenarini düzənləyənlər öz cəzalarına çatacaqlar.

- Hazırda kənddə vəziyyət nə yerdədir?
- Vəziyyət sakitləşib, amma insanlar qorxu içindədir. Bu cür hərəkəti biz ermənilərdən gözləyirdik, özümüzünkülərdən yox.
Mən dövlət rəhbərliyinə müraciət etmək istəyirəm. Xahişimiz odur ki, bu məsələ ilə maraqlansınlar. Hər şey dərindən araşdırılsın və təxribatın arxasında əslində kimlərin dayandığı ortaya çıxsın. Bu hadisəni törədənlərin cəzası verilsin. Biz insanıq, dinc yaşamaq istəyirik. Bayrağımızdakı üç rəng demokratiya, türkçülük və Islam rəmzidir. Belə olan halda, niyə Aşura gününü qeyd edənlər işgəncələrə, təhqirlərə məruz qalmalıdır? Digər bir tələbimiz isə Rza müəllimin azadlığa buraxılmasıdır. Onun bu işlərlə heç bir əlaqəsi yoxdur.
// "Azadlıq" qəzeti

 

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

08/02/2012 - 18:03 ÖLKƏ NİYƏ BU DURUMA SALINIB?

n

06/02/2012 - 18:23 "HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

n

06/02/2012 - 16:29 AZƏRBAYCAN HAKİMİYYƏTİ "NÖVBƏSİNİ" GECİKDİRMƏK İSTƏYİR

n

06/02/2012 - 16:10 AZƏRBAYCAN MİSİRLƏ NƏYƏ GÖRƏ MÜQAYİSƏ EDİLİR?

n

04/02/2012 - 15:25 FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR

n

04/02/2012 - 14:22 "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ"

n

03/02/2012 - 17:44 ZİYALILAR FORUMUNA QARŞI APARILAN KAMPANİYA NƏ İLƏ BAĞLIDIR?

n

03/02/2012 - 11:21 AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

n

30/01/2012 - 17:15 DÜNYA ŞÖHRƏTLİ İSLAM ALİMİ FAKTXEBER.COM-a MÜSAHİBƏ VERİB

n

28/01/2012 - 15:56 "GÜNƏŞLİ" YATAĞINDA DAHA BİR QUYU QAZILARAQ İSTİFADƏYƏ VERİLİB

n

28/01/2012 - 15:50 ƏGƏR HAKİMİYYƏT QORXMASA...

n

28/01/2012 - 15:28 "RÜSTƏM İBRAHİMBƏYOVUN MEDALDAN İMTİNA ETMƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJDIR"

n

25/01/2012 - 15:29 ÜMİDLƏR DOĞRULMADI

n

18/01/2012 - 15:20 İNSAN HAQLARINI ALVERƏ ÇEVİRƏN TƏŞKİLATLAR KİMLƏRDİR?

n

18/01/2012 - 11:26 RUSİYA VƏ ÇİNİN MÜQƏDDƏRATINI HƏLL EDƏCƏK MÜHARİBƏ

n

14/01/2012 - 11:04 "SUSMAQ MƏQAMIDIR VAXTI GƏLƏNDƏ DANIŞACAĞAM"

n

13/01/2012 - 13:41 İCTİMAİ PALATADAN RƏSUL QULİYEVİN İTTİHAMLARINA CAVAB GƏLDİ

n

11/01/2012 - 11:04 "AZƏRBAYCAN HÖKUMƏTİNİN MƏNİM QARŞIMDA MƏĞLUB OLMASI BÖYÜK SİYASİ HADİSƏDİR"

n

10/01/2012 - 14:19 NƏTİCƏSİZ SOÇİ GÖRÜŞLƏRİNDƏ MARAQLI TƏRƏFLƏR AZƏRBAYCAN VƏ ERMƏNİSTAN DEYİLMİŞ

n

09/01/2012 - 17:30 İSA QƏMBƏR: "İLHAM ƏLİYEVİN İSTEFASI GÜNDƏLİYƏ GƏTİRİLMƏLİDİR"

n

07/01/2012 - 13:56 İNFORMASİYALAR İNSANLARIN YALNIZ CİNAYƏT FANTAZİYASINI ARTIRIR

n

06/01/2012 - 17:05 "KRİMİNAL VERİLİŞLƏR İNSANLARA HƏR ŞEYİ RAHAT FORMADA BAŞA SALIR"

n

06/01/2012 - 14:10 "FACEBOOK"UN NARAZI KÜTLƏSİ VƏ AZƏRBAYCAN REALLIĞI

n

06/01/2012 - 11:08 MƏŞHUR KİNOREJİSSORDAN HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ

n

29/12/2011 - 18:09 HƏBSDƏ OLAN İSLAM PARTİYASI LİDERİNİN EVİNDƏ

n

29/12/2011 - 15:10 "MƏN TƏMƏNNASIZ FƏALİYYƏT GÖSTƏRİRƏM"

n

29/12/2011 - 13:15 "MÜSAHİBƏ ALMAĞA ADAM TAPMIRAM"

n

29/12/2011 - 11:34 AHIL İNTİHARI İLƏ DƏ YADDA QALAN 2011-Cİ İL

n

29/12/2011 - 11:30 RÜSTƏM İBRAHİMBƏYOV HAKİMİYYƏTƏ OD PÜSKÜRDÜ

n

29/12/2011 - 09:38 XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV 2011-Cİ İLİ DƏYƏRLƏNDİRDİ - Müsahibə

n

28/12/2011 - 14:44 RÖVNƏQ ABDULLAYEV: "BU TÜRKİYƏ İLƏ BİZİM ARAMIZDA SİRDİR" - Müsahibə

n

27/12/2011 - 14:45 "DİNİ MÜƏSSİSƏLƏRİN MÖVCUDLUĞU DİNİN TƏSDİQİ MƏNASINA GƏLMİR"

n

26/12/2011 - 15:47 RƏSMİ BAKI FRANSANIN HƏMSƏDRLİYİNDƏN İMTİNA EDƏ BİLƏCƏKMİ?

n

24/12/2011 - 14:43 QƏRBİN ƏDALƏTSİZ DEMOKRATİYA PRİNSİPİ

n

22/12/2011 - 17:23 MƏNİ TƏNQİD EDƏNLƏR HƏYATI BİR RƏNGDƏ GÖRÜRLƏR

n

21/12/2011 - 17:27 ""AKDS" PEYVƏNDİ VURULANDAN SONRA UŞAQLAR NİTQİNİ İTİRİR"

n

21/12/2011 - 12:51 ORDUDA BİT PROBLEMİ VƏ QARABAĞIN AZADLIĞI

n

21/12/2011 - 11:05 "BU HAKİMİYYƏT YA BAŞINI İTİRİB YA DA..."

n

17/12/2011 - 11:26 AZƏRBAYCANI "TÜRKİYƏ SINAĞI" GÖZLƏYİR

n

16/12/2011 - 15:34 "DƏYƏRLƏRİMİZ SPİRTLİ İÇKİLƏRƏ QURBAN VERİLİR"

n

13/12/2011 - 15:08 RƏSUL QULİYEV MÜXALİFƏTLƏ NİYƏ MƏSAFƏ SAXLAYIR?

n

12/12/2011 - 16:26 "AZƏRBAYCAN HÖKUMƏTİ QARŞISINDA MƏSƏLƏ QALDIRIRIQ"

n

09/12/2011 - 14:04 "AVROPA ŞURASI İFLİC OLUB"

n

07/12/2011 - 14:26 DƏYİŞMƏSƏK, DƏYİŞƏN DÜNYA BİZİ QƏBUL ETMƏYƏCƏK

n

07/12/2011 - 12:55 ALTERNATİV HƏRBİ XİDMƏTDƏN NİYƏ İSTİFADƏ OLUNMUR?

n

05/12/2011 - 14:24 "HAKİMİYYƏT YALNIZ ÖZÜNÜ ALDADA BİLƏR, BİZİ YOX!"

n

02/12/2011 - 13:50 ƏRƏB İNQİLABLARININ MƏNTİQİ SONLUĞU NƏYƏ HESABLANIB?

n

30/11/2011 - 17:08 MÜXALİF MEDİADAN ƏFLATUN AMAŞOVA DƏSTƏK

n

30/11/2011 - 16:10 RƏM SİSTEMİ ABŞ-IN SONUNU GƏTİRƏ BİLƏR

n

26/11/2011 - 12:24 HAKİMİYYƏTİN TƏƏSSÜF DOĞURAN SEVİNCİ

n

26/11/2011 - 11:57 "DİNDARLARIN MÜDAFİƏÇİSİ OLMAQ ŞƏRƏFLİDİR"

n

24/11/2011 - 15:53 SENATOR GRAVEL: "MƏNİM İMPERİYAM ÇÖKÜR"

n

24/11/2011 - 15:50 DİKTATORLARINI ÇIXARTDILAR, HƏRBİ XUNTANI GƏTİRDİLƏR

n

24/11/2011 - 15:41 "MƏMURUN BİR NEÇƏ VƏZİFƏNİ İCRA ETMƏSİ YOLVERİLMƏZDİR"

n

24/11/2011 - 15:41 ABŞ DEMOKRATİYASININ ÜZSÜZLÜYÜ

n

24/11/2011 - 11:18 AZƏRBAYCAN HAKİMİYYƏTİNİN BÖYÜK YANLIŞI... - VİDEO

n

21/11/2011 - 13:53 RAFİQ TAĞI NİYƏ BIÇAQLANDI?

n

18/11/2011 - 18:04 "İQTİDAR ÖZÜ SİFARİŞ VERİR, ÖZÜ DƏ ÇALIB-OYNAYIR"

n

17/11/2011 - 13:39 "İSLAMÇILARIN PROBLEMİ BİZİM DAXİLİ MƏSƏLƏMİZDİR"

n

17/11/2011 - 12:21 EYNULLA FƏTULLAYEV SİYASİ MƏHBUSLARIN KİMLİYİNİ AÇIQLADI

n

16/11/2011 - 15:55 YENİ QANUN LAYİHƏSİ ŞEYXİN ÖZÜNƏ DƏ TƏTBİQ OLUNACAQ?

n

15/11/2011 - 13:32 GÜLƏR ƏHMƏDOVA GÖZLƏNİLƏN AÇIQLAMANI VERDİ

n

15/11/2011 - 13:22 ABŞ-ın QARABAĞA DAİR YENİ PLANI

n

14/11/2011 - 17:58 NƏYƏ GÖRƏ POLİS YOL HƏRƏKƏTİNİ TƏNZİMLƏMƏLİDİR?

n

14/11/2011 - 17:37 İRANA HÜCUM REALDIRMI?

n

11/11/2011 - 14:41 KONSTİTUSİYANIN ALİLİYİ QORUNURMU?

n

10/11/2011 - 16:25 "HAKİMİYYƏT ÖZÜ-ÖZÜNÜ YIXMAQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞƏCƏK"

n

10/11/2011 - 15:37 BU ƏDƏBSİZLİK NÜMUNƏSİDİR

n

04/11/2011 - 15:01 ERMƏNİSTANDA BİZƏ KİM SƏRF EDİR?

n

04/11/2011 - 11:26 ANAR QASIMLI YENİ FƏALİYYƏTİ BARƏDƏ AÇIQLAMA VERDİ

n

03/11/2011 - 10:41 MƏN DƏ OLMASAM, CƏSƏDİM 100 FAİZ GƏLƏCƏK!

n

02/11/2011 - 16:14 QUMARXANALAR KİMLƏRSƏ TƏRƏFİNDƏN HİMAYƏ OLUNUR

n

31/10/2011 - 15:13 QOYUN ŞTRASSER ÖZÜ GƏLİB HƏR ŞEYİ GÖRSÜN

n

31/10/2011 - 14:46 GERB MÖVZUSU ÖLKƏNİ QARIŞDIRDI

n

26/10/2011 - 16:31 FƏLƏSTİN VƏ AZƏRBAYCANIN MÖVQEYİ TARİXƏN ÜST-ÜSTƏ DÜŞÜB

n

26/10/2011 - 15:51 BİNALARIN ZƏLZƏLƏYƏ DAVAMLILIĞINA KİM ZƏMANƏT VERİR?

n

26/10/2011 - 15:28 "SAF ADAMLAR BU ALƏMDƏ UZUN MÜDDƏT DURUŞ GƏTİRƏ BİLMƏZ"

n

26/10/2011 - 14:31 "LİVİYANIN GƏLƏCƏYİ PARLAQ GÖRÜNMÜR"

n

25/10/2011 - 17:02 ...VƏ AYAZ MÜTƏLLİBOV QAYIDIR

n

25/10/2011 - 16:37 BİR ÜMİD İŞIĞI

n

25/10/2011 - 15:32 QADINLARIN MÜBARİZƏSİ HƏR ZAMAN TƏQDİRƏLAYİQDİR

n

24/10/2011 - 18:34 QƏZZAFİNİ ÖLDÜRƏN CAVANIN ŞOK MÜSAHİBƏSİ

n

24/10/2011 - 15:19 ÖLKƏ VƏTƏNDAŞLARINA QARŞI MÜNASİBƏTİN RƏSMİ SƏNƏDİ

n

24/10/2011 - 13:13 "XALQ FAİQ VƏ AYGÜNÜ DİNLƏMƏK İSTƏYİR"

n

22/10/2011 - 16:00 PREZİDENTİN SÖZÜ NİYƏ RƏSMİLƏŞDİRİLMİR?

n

21/10/2011 - 14:24 QARABAĞI İTİRİRİKMİ?

n

21/10/2011 - 13:47 TÜRKİYƏ PKK-nın KÖKÜNÜ NİYƏ KƏSƏ BİLMİR?

n

20/10/2011 - 15:54 ABŞ-ın DEZİNFORMASİYA MƏTBUATI PİS VƏZİYYƏTƏ DÜŞÜB

n

20/10/2011 - 15:47 "MƏN VƏTƏN XAİNİ DEYİLƏM"

n

20/10/2011 - 10:29 "İSRAİL QƏZZA BLOKADASINI LƏĞV EDƏNƏDƏK ÇALIŞACAĞIQ"

n

19/10/2011 - 15:12 AZƏRBAYCAN HAKİMİYYƏTİ ÜZÜNÜ "YENİ SSRİ"-yə ÇEVİRİR?

n

19/10/2011 - 12:57 ZİYAD SƏMƏDZADƏ 20 İL ƏVVƏL ƏZİMOVDAN NƏ TƏLƏB EDİB?!

n

19/10/2011 - 10:45 FUAD ƏLƏSGƏROVDAN AMNİSTİYA AÇIQLAMASI

n

18/10/2011 - 13:39 ""LAZIM GƏLƏRSƏ"nin VAXTI ARTIQ ÇOXDAN KEÇİB"

n

18/10/2011 - 10:35 "İLHAM ƏLİYEV BİR SIRA TƏSLİMÇİ ÖHDƏLİKLƏR GÖTÜRÜB"

n

15/10/2011 - 13:39 DİNDAR KƏSİMLƏ MÜXALİFƏT NİYƏ BİR ARAYA GƏLƏ BİLMİR?

n

13/10/2011 - 16:42 SƏİDƏ QOCAMANLI FİKİRLƏRİNƏ AYDINLIQ GƏTİRDİ

n

12/10/2011 - 12:03 S.ƏKBƏR: "AZƏRBAYCAN HAKİMİYYƏTİNİ QARABAĞ DÜŞÜNDÜRMÜR"

n

11/10/2011 - 17:53 ATƏT-in YENİ SÜLHMƏRAMLI OYUNU

n

11/10/2011 - 12:25 AZƏRBAYCANDA HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILACAQ

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net