Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Aprel

2017
12:38
593
100 minlərlə dolları yaddan çıxarıblar

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) 2016-ci ildə ölkə daxilində aparılan işlərə dair məlumatları dərc edib.

FaktXəbər-in CNN-ə istinadən verdiyi məlumata görə, məlumatda bildirilir ki, ölkədəki hava limanlarından istifadə edən sərnişinlər TSA təhlükəsizlik nəzarətləri zamanı 867 min 812 ABŞ dolları məbləğində xırda pulu unudaraq keçib.

Ən çox xırda pul unudulan hava limanlarının siyahısında ilk yeri 70 min 615 dollar ilə Nyu-Yorkdakı JFK gəlir. LAX Los-anceles Beynəlxalq Hava Limanı 44 min 812 dollar ilə ikinci, DFW Dallas Fort Worth Beynəlxalq Aeroportu da 42 min 305 dollar ilə üçüncü sırada yer alıb.

Unudulan əşyaların sahiblərinə təhvil verilməsi üçün bütün səylərin göstərildiyini vurğulayan TSA rəsmiləri, buna baxmayaraq, sahibi olmayan xırda pulların qeydiyyata alındığını açıqlayıb.

Qeydiyyat alınan xırda pulların yaradılan fonda köçürülmək üçün TSA Maliyyə Xidmətinə təslim edildiyini bildirən rəsmilər, fondun 2005-ci ildə ABŞ Konqresi tərəfindən verilən səlahiyyət çərçivəsində "mülki aviasiya təhlükəsizliyi" üçün istifadə edildiyini bildirib.

ABŞ-da hər il getdikcə artan unudulan xırda pul miqdarı 2015-ci ildə təxminən 765 min dollar, 2014-cü ildə isə 675 min dollar olaraq açıqlanmışdı.

Unutqan sərnişinlərin ölkə daxilindəki hava limanlarında 2008-2016-ci illərdə unutduqları xırda pulların miqdarı isə 5,8 milyon dolları keçib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru