Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
16:47
277
`Yuventus`un prezidenti Bakıya niyə gəlib? - görüşün təfərrüatı - FOTO

“Yuventus”un prezidenti Andrea Anyellinin Bakıya gəlişinin əsl səbəbi məlum olub. Qol.az-ın İtaliyanın “Tuttusport” nəşrinə istinadən yaydığı xəbərə görə, Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək klub rəsmisi həm də “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub.

Qəzet yazıb ki, ötən gecəni London klubunun məskunlaşdığı “Four Seasons” otelində keçirən Anyelli bu gün səhər italiyalı məşqçi ilə görüşüb. “Çelsi”nin prezidenti Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Böyük Britaniyanın “The Sun” nəşri isə yazıb ki, təcrübəli mütəxəssis “Arsenal”la bugünkü final oyununun nəticəsindən asılı olmayaraq, “zadəganlar”dan ayrılmaq istəyir. İngilislərin Sarrini 5 milyon funt-sterlinq təzminat qarşılığında “Yuventus”a buraxmağa hazır olduğu bildirilir.

"Yuventus" prezidentinin "Çelsi" rəsmiləri ilə keçirdiyi görüşdən çəkilən gizli şəkillər

Məqalədə : Yuventus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2459

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2295

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1748

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1489

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
448

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
232

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru