Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
16:34
464
`Yeniçağ`ın müxbiri 10 sutkalıq həbs edildi

Ağdam Rayon Məhkəməsinin qərarı ilə mayın 27-də "Yeniçağ" saytının müxbiri Səxavət Məmməd 10 sutka inzibati cəza alıb.

Prosesə hakim Elşad Bayramov sədrlik edib.

Səbəb kimi jurnalistin bloqunda “Trollara cavab: Qələbə üçün ilk zərurət - Nəcməddin Sadıkov yerinə hansı fərarini gətirir?” başlıqlı yazısı göstərilir.

Ancaq “Bizimyol.info”-nun əldə etdiyi məlumata görə, jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. Jurnalist borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.

“Səxavət Məmməd məhkəmədə də, ötən həftənin sonunda da alimentin yarısını ödəməyə hazır olduğunu bildirmişdi. Ancaq keçmiş həyat yoldaşının birgə yaşadığı valideyinləri evlərini dəyişdiyindən onları tapa bilməyib. Bu gün də məhkəmədə alimenti verməyə hazır olduğunu söyləsə də, nəzərə alınmayıb. Halbuki, Prezident İlham Əliyev bir neçə ay əvvəl cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncam imzalayıb”.

Məqalədə : müxbir həbs edilib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
517

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
611

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
646

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1146

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
727

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
700
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 08:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru