Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2021
11:03
`Övladlarım ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?`

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun qardaşı koronavirusdan vəfat edib.

Bu barədə H.Abutalıbov Modern.az saytına müsahibəsində məlumat verib.

“Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.

Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi”, - deyə sabiq mer bildirib.

H.Abutalıbov müsahibədə ailəsi haqqında da danışıb. Həyat yoldaşının xərçəng xəstəsi olduğunu və hazırda Almaniyada müalicə aldığını deyib.

Onu da qeyd edib ki, iki oğlu var. Oğlunun Türkiyədə biznes qurması iddialarına isə belə münasibət bildirib:

“Mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işi ilə, əməyi ilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir”.

Məqalədə : Hacıbala Abutalıbov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
155

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
165

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
196

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
266

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
205

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
243

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
440

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
365
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 23:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru