Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
16:18
`Təmizlənən ərazi növbəti dəfə daha çox çirklənir`

"Çimərlik mövsümü başlayandan təkcə Buzovna çimərliyi ərazisi may, avqust, sentyabr aylarında tullantılardan təmizlənib. Lakin hər dəfə aksiyalar zamanı eyni ərazidə daha çox tullantının toplandığının şahidi olmuşuq. Yəni zibil azalmır".

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu problem çimərlik ərazilərinə yanaşma dəyişməyənədək davam edəcək: "Yəqin hər kəs mənimlə razılaşar ki, özümüz təbiəti bu günə qoyuruq. Evimizin içindəki zibili çıxarıb kandarına atırıq, ətrafı çirkləndiririk. Təbiətə münasibət dəyişmədikcə istirahət etdiyimiz ərazilər də daxil hər yerdə ürək açmayan mənzərənin, tullantıların şahidi olacağıq".

İ.İbrahimova bildirib ki, bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etmək olmaz: "Hamılıqla məsələnin ciddiliyini başa düşək və əməli nümunə göstərək. Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı da var. Onların da bu məsələlərə diqqət yetirməsi olduqca vacibdir. Belə olsa nəticə daha tez əldə ediləcək və hamımızın daha təmiz ətraf mühitdə yaşamasına birgə nail olacağıq. Nəticə etibarilə təmizlik aksiyalarının keçirilməsinə də ehtiyac qalmayacaq".

Məqalədə : ərazi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43295

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41588

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43234

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42756

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43169
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru