Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
17:11
444
`Terrorun olacağından müxalif silahlı qruplaşmalar xəbərdar idi`
Suriyada Kefraya və Fua sakinləri bəyanat yaydı

FaktXeber.com-un verdiyi məlumata görə, Kefraya və Fua şəhər sakinləri silahsız qaçqınlara, o cümlədən uşaqlara, qadınlara və yaşlı insanlara qarşı yönəlmiş cinayətkar əməllərlə bağlı bəyanat yayıblar.

Onların sözlərinə görə 130-a yaxın uşaq və 400 sakin öldürülüb və yaralanıb ki, bu da uşaqlara qarşı həyata keçirilən kütləvi qırğındır.

Bəyanatda deyilir: "Suriya Ordusunu və hökuməti bombardmanda ittiham edənlər əslində məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Biz Kefraya və Fua şəhər sakinləri bu qorxaq və vəhşi fəaliyyəti qınayırıq. Biz "Ən Nusra cəbhəsi" və digər silahlı qruplaşmalar olmaqla Şamın Azadlığı Təşkilatını məsuliyyətə çağırırıq, hansı ki, məcburi köçkünlərin konvoyunu qorumaqda birbaşa məsul idilər. Onlar saziş və ittifaqa xəyanət ediblər. Məsuliyyət həmçinin sazişin regjional sponsoru olan Qətərə və sazişi imzalamış silahlı qruplaşmaların əsas təminatçısı olan Türkiyənin üzərindədir".

Bəyanatda həmçinin bazar günü baş verən faciə ilə bağlı şübhəli məsələlərə də toxunulub: "Silahlı qruplaşmalar zəif arqumentlər gətirməklə nəzarət buraxılış məntəqəsində sazişin şərtlərini yerinə yetirməyi təxirə salırdılar. Həmin vaxt insanlar aclıq, susuzluq və qeyri-insani şəraitdən əziyyət çəkirdilər".

Bəyanatda vurğulanır ki, qətliam zamanı çəkilən fotolardan görünür ki, silahlı qruplaşma üzvləri bombardmandan əvvəl oranı tərk edib: "Fua və Kefraidən olan uşaqlar uzun müddət məhrum olduqları ərzağı almaq üçün avtomobilin qarşısına toplaşmışdılar. Bu onu göstərir ki, qruplaşmalar bombardman barədə məlumatlı idilər və bu qorxaq hərəkətdən dinc sakinləri qorumaq üçün heç bir şey etməyiblər. Nəticədə yüzlərlə insan həlak oldu, yaraladı və itkin düşdü".

Bəyanatın sonunda sakinlər silahlı qruplaşmalara qarşı bir sıra tələblər irəli sürüblər. Həmin tələblər arasında cinayətdə əli olanların Suriya hökumətinə təslim edilməsi, yaralıların SƏR xəstəxanalıran yerləşdirilməsi, itkin düşənlərin taleyinin müəyyən olunması, Fua və Kefrayadan çıxan avtobusların Beynəlxalq müdafiəsi və zəmanəti, sazişin sponsoru və silahlı qruplaşmalırn dəstəkçisi Qətərin şəhidlərin, yaralıların və bütün zərərçəkənlərin ailələrinə təzminat ödənməsi və sair var...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru