Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Aprel

2017
12:42
2437
`Sovetski`də söküləcək məscid üçün iki yer təklif edilib

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev İstiPress-ə bildirib ki, “Sovetski”dəki söküləcək Hacı Cavad Məscidinin yenidən inşası üçün Yasamal ərazisində iki yer təklif edib.

İ.Mehdiyevin dediyinə görə, həmin ərazilərin ünvanları baş nazirin müavini Yaqub Eyyubova təqdim edilib.

İcra başçısı onu da deyib ki, məscidin inşa ediləcəyi ərazinin müəyyənləşməsinə gələn həftə Yaqub Eyyubovun ölkə rəhbərliyi ilə məsləhətləşməsindən sonra qərar veriləcək.

“Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələ ilə bağlı çıxışında dövlətin dinə nə qədər gözəl münasibəti olduğunu açıq-aydın söylədi. Məgər Qafqazdakı ən böyük məscidi dövlət tikmədi? Tarixi abidə və məscid kimi adı olmayan binaya görə artıq-əskik danışmaq olar?”, - deyə İ.Mehdiyev bildirib.

Təklif edilən yerlər arasında Yeni Yasamal ərazisi yoxdur. Məlumat üçün onu da bildirək ki, təkcə Yasamal rayonu ərazisində 8 məscid fəaliyyət göstərir.

Xatırladaq ki, aprelin 12-də “Hacı Cavad” məscidinin sökülməsi cəhdi etirazlara səbəb olub. Məscidin sökülməsi xəbərindən narahat olan insanlar binanın ətrafına toplaşıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru