Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
12:51
562
`Sınıq körpü`nün təmiri ilin sonuna kimi bitə bilər

“Sınıq körpü”də ("Qırmızı körpü") nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır”.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat katibi Fariz Hüseynov deyib.

Onun  sözlərinə görə, hal-hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir: “Bundan başqa, körpünün üstü, yanları, karvansarası artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb”. 

Qeyd edək ki, Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadrat metrdir.

Körpüdə bərpa işlərinə 2018-ci ildə başlanılıb. (apa)

Məqalədə : Sınıq körpü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
178

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
199

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
360

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
202

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
256
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru