Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
14:50
934
`Səbail` dağılmayacaq - Baş məşqçi

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev müsahibə verib. Klubdaxili son iclasdan sonra baş verənlər haqda danışan mütəxəssis maraqlı fikirlər səsləndirib.

-Avropa Liqasında mübarizəni erkən dayandırdınız. Əvvəlcə bununla bağlı soruşmaq istəyirəm. Avroliqada mərhələni keçə bilməməyinizə nə mane oldu?

- Avroliqaya istəkli başlamışdıq. Düzdür, hazırlığımızı istədiyimiz kimi keçirə bilmədik. Çünki birdən-birə heyətdə böyük dəyişiklik baş verdi. Buna baxmayaraq, güclü rəqiblə düşsək də, avrokubok oyunlarına olduqca istəkli və ciddi yanaşdıq. Mərhələni keçmək istəyirdik. İnam var idi. Sadəcə, ustalıq səviyyəsi rəqibdə daha yüksək oldu. Motivasiyaya təsir edən amillər də oldu. Maaş gecikməsi ilə bağlı baş verən son hadisələrin də təsiri oldu. Amma deməzdim ki, başlıca səbəb bu idi. Əsas amil heyətin 60-70 faiz dəyişməsi oldu.

- Adətən klublar avrokuboklara vəsiqə qazananda heyəti qoruyub-saxlayırlar. “Səbail”də isə heyət, sizin də dediyiniz kimi, 60-70 faiz dəyişdi. Bunun qarşısını almaq niyə mümkün olmadı?

- Bu, sırf maliyyə ilə bağlı məsələdir. Nəticə verən komandanın oyunçuları hər zaman daha yaxşı şərtlərlə müqavilə tələb edirlər. Bu gün “Səbail” həmin şərtləri qarşılayacaq vəziyyətdə deyil. Klub kimi hələ çox inkişaf etməliyik. Komanda kimi ötən mövsüm nəyəsə nail olduq. Ancaq ən əsası klub kimi böyüməkdir. Buna da zaman lazımdır. Büdcə artımı qaçılmazdır. “Səbail” isə hələ buna hazır deyil ki, istənilən futbolçuya tələb etdiyi məbləği verə bilsin.

- Bir neçə gün öncə klubdaxili iclas olmuşdu. Mətbuata müsahibənizdə bildirmişdiniz ki, legionerlərə “kim istəsə, gedə bilər” deyilib. Klub da bu barədə bəyanat yayıb, bunu təsdiqləmişdi. Həmin söhbətdən sonra komandadan gedən və ya getmək istəyən olubmu?

- İclas ümumi keçirilmişdi. Nəinki futbolçulara, hamıya aid idi. Hazırda müəyyən bir çətinliyimiz var ki, hələ də davam edir. Rəhbərlik “pul olmayacaq” kimi bir ifadə işlətmədi. Sadəcə, dedilər ki, gecikmələr olacaq. Buna tab gətirə bilməyən oyunçu olarsa, onunla danışıb, digər kluba keçməyinə mane olmayacaqlar. Ancaq bizim hansısa futbolçunu buraxmaq fikrimiz yoxdur. Kiminsə getməyini istəmərik. Rəhbərlik də çalışır ki, hazırkı durumdan çıxsın, heyəti qoruyub-saxlasın. Ayrı-ayrılıqda futbolçularla da söhbət olacaq. İndiki durumda hamı komandadadır. Bəlkə irəliləyən günlərdə kimsə getmək istəyə bilər. Hər bir futbolçu hazırlıqda iştirak edir.

- Hazırda klubun futbolçulara, məşqçilərə borcu var?

- Hamının müqaviləsinə tam əməl olunub. Sadəcə, mükafatla bağlı bir qədər gecikmə var. Bizə deyiblər ki, veriləcək, amma, gecikmə ilə olacaq.

- Məlum iclasdan sonra xəbər yayıldı ki, “Səbail” dağılacaq. Doğrudan da belə bir təhlükə varmı?

- Rəhbərliklə danışmışam, klubun dağılacağı ilə bağlı söhbət olmayıb. Düzdür, "strategiyamız dəyişəcək, yerli futbolçulara üstünlük veriləcək" kimi danışıq olub. Amma “Səbail” dağılacaq" deyə bir söhbət olmayıb. Hə, dəyişiklik ola bilər. Avroliqa oyununda meydana buraxdığımız start heyətə baxanda da bunu görmək olar. Daha çox yerli futbolçulara üstünlük verməyə başlamışıq. İndiyə kimi yadıma gəlmir ki, hansısa komanda avrokubok matçında meydana əsas heyətdə 7 yerli oyunçu buraxsın. Bu yöndə işimizi davam etdiririk. Gələcəkdə necə olacaq, bunu deyə bilmərəm. Daha çox yerli futbolçuların inkişaf etməsinə şərait yaradacağıq.

- Maykl Esyen artıq “Səbail”in U-19 komandasında işinə başlayıb. Bundan sonra meydana çıxacağı gözlənilir, yoxsa sırf məşqçiliklə məşğul olacaq?

- Futbolçu kimi müqaviləsi davam edir. Yəqin ki, onunla fərdi söhbətimiz olacaq. Çünki həm futbol oynayıb, həm də məşqçilik etmək çətindir. Bunu bilirik. Onunla danışıqdan sonra nəyin necə olacağı dəqiqləşəcək.

- Bundan sonra yeni transfer necə, gözlənilirmi?

- Əlbəttə, istərdim ki, heyətimizə 2-3 futbolçu cəlb edək. Təbii ki, bundan sonra yerli futbolçu almaq çətindir. İndiki vəziyyətdə isə heç bir oyunçu alınmayacaq. Böyük ehtimalla, bu heyətlə davam edəcəyik. Düşünürəm ki, bu heyəti bugünki gün üçün yaxşı saymaq olar.

- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?

- Hədəflə bağlı danışanda hərə bir cür başa düşür. Keçən il qarşımıza sonuncu yeri tutmamaq vəzifəsi qoyulmuşdu. Sadəcə, gedişat elə gətirdi ki, daha yüksək yerlə uğrunda oynaya bildik. Strategiya dəyişikliyi ilə bağlı rəhbərliklə olan son söhbətdə qarşımıza yüksək yerləri tutmaq hədəfi qoyulmayıb. Yenə də, sonuncu olmamaq şərtilə, yaxşı mübarizə aparmaq istəyirik.Yəni, xüsusi bir tapşırıq verilməyib ki, mütləq medalçılar sırasında olmalısınız.(qol.az)

Məqalədə : Səbail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
28

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
94

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
125

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
39

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
68

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
87

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
826

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
841
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru