Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2019
10:11
1658
`Salaam Cinema Baku`ya tarixi abidə statusu verildi

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

Faktxeber.com-un məlumatına görə, qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı ünvanlarda yerləşən binalar da daxil edilib:

İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;

Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi.

Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. 

Məqalədə : "Salaam Cinema Baku" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
33

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
63

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
104

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
140

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
131

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
678

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
502

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
336
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 15:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru