Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2019
12:16
`Ər-Riyad razılaşması təcavüzkarla əməkdaşlıq edən tərəflər tərəfindən imzalanıb`

"Ənsarullah" hərəkatı Yəməndə fərari prezidentin tərəfdarları ilə cənubda fəaliyyət göstərən separatçılar arasında sülh sazişinin imzalanmasını sərt tənqid edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə təşkilatın ali səviyyəli üzvü Məhəmməd Əli əl-Husi "Əl-Əməsira" telekanalına müsahibəsində bəyan edib.

"Ər-Riyad razılaşmasının yəmənlilər üçün əhəmiyyəti yoxdur, çünki təcavüzkarla əməkdaşlıq edən tərəflər tərəfindən imzalanıb. Bu müqavilə öz iradələrinə sahib olmayanlara sırınaraq imzalanıb və bunu Yəməndə onların müharibəsinin sonunda bir nailiyyət hesab edirlər", - deyə o, vurğulayıb.

Əl-Husinin sözlərinə görə, fərari prezidentin tərəfdarları və Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası müxtəlif istiqamətlərdə intensiv hava hücumlarına davam edirlər. Onun sözlərinə görə, son 48 saat ərzində koalisiya əsasən Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan Saad vilayətinə yəmənlilərin mülklərinə və onların təsərrüfatlarına çox böyük ziyan vuran 52 zərbə endirib.

Qeyd edək ki, çərşənbə axşamı, fərari prezident Abd Rabbu Mansur Hadi başda olmaqla onun Yəməndəki tərəfdarları və ölkənin cənubunda fəaliyyət göstərən bir sıra təşkilatlar Riyadda sülh müqaviləsi imzaladı.İmzalanma Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabi şahzadəsi Məhəmməd bin Zeyid, həmçinin Yəmən prezidentinin iştirakı ilə baş tutub.

Məqalədə : Ənsarullah husilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53820

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51963

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53403

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53163

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58508

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52761

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53192
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru