Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
23:05
`Qarabağ` darmadağınla mərhələ adlayıb - VIDEO

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni İrlandiya təmsilçisi “Dandolk”la görüşdə qazanıb.

Səfərdə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını “Dalğa Arena”da keçiriblər. Ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

“Qarabağ”a qələbəni yeni transferləri qazandırıblar. Xayme Romero hər hissədə bir qol vurub. Fasilədən sonra Aylton Silva rəqib qapısına yol tapıb. I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə duelində (0:0, 2:0) olduğu kimi yenə səfərdə heç-heçə edən komanda evdə quru hesabla qalib gəlib.

Beləliklə, III təsnifat mərhələsinə darmadağınla yüksələn “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək. Ağdam klubu növbəti raundda Kiprin APOEL komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da və ya 7-də səfərdə, cavab görüşü 13-də Bakıda baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya) - 3:0

Məqalədə : Qarabağ kulubu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
503

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
409

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
630

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
486

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 10:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru